Aysel həyatının başqa mərhələsindədir

Aysel həyatının başqa mərhələsindədir"İşlərimin qarşılığını maddi olaraq 10 ballıq sistemlə götürsək, 10 deyil. Amma keyfiyyətli musiqiyə qulaq asanlar çoxalır. Ona görə də qonorarımdan razıyam".

Bu sözləri Axşam.az-a açıqlamasında "Eurovision 2018" təmsilçimiz Aysel Məmmədova (AISEL) deyib.

Hazırda iki festivalda çıxışa hazırlaşan sənətçi yeni mahnılarının kommersiya xarakterli olduğunu söyləyib:

"İndi rus dilində oxuyacağım mahnılar o qədər də, alternativ və eksperimental musiqi deyil ki, heç kim başa düşməsin".

İfaçı festivallara hazırlıq prosesindən də söz açıb:

"Bütün günü həm "Jara"ya, həm də "Yeni dalğa"ya hazırlaşırıq. Çox yorulmuşuq. İki tədbir bir-birinə qarışıb. Artıq rəqs etməyə başlamışam. Hər gün rəqs edirəm. "Yeni dalğa"da üç, "Jara"da bir mahnı oxuyacam. "Jara"da oxuduğum mahnının musiqisi mənə aiddir".

AISEL sənəti ilə bağlı radikal dəyişiklik edib:

"Bundan sonra ancaq öz mahnılarımı ifa edəcəm. Həmişə buna çalışmışam. Başqalarından oxuduqlarım sadəcə "cover"lar idi. Onları da sonlandırmışam. Düşünürəm ki, həyatımın başqa mərhələsindəyəm. "Cover" oxumaq lazım deyil. "Eurovision" istisna olmaqla, indiyədək özüm musiqi yazmışam, ifa etmişəm. Yaza bilirəmsə, başqasının mahnısını niyə oxuyum? Bunun mənası yoxdur. Çünki əlimlə və ürəyimlə toxunduğum mahnılarda özümü daha yaxşı hiss edirəm".

Müğənni klip çəkdirmək istəyi barədə də danışıb:

"Klip çəkdirmək istəsəm də, buna vaxtım yoxdur. Bəlkə yayın sonunda çəkdirərəm".

Aysel həyatının başqa mərhələsindədirAysel həyatının başqa mərhələsindədir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1031   Tarix: 20 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 373
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18.04.2024 8899
.

"Avroviziya"dan sonra rus dilində danışır, verilişlərə gəlmirlər"

"Avroviziya"ya gedib gəlirlər efirə çıxmırlar. Onlara bunu xüsusi tapşırırlar ki, efirə çıxmayın? Ya da rus dilində danışırlar. Biri lap qabağa getdi. Hər yerdə rus dilində danışır, yazırdı. Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm. İstiqanlı gəncdir, yaxınlaşdı orada uşaqlar

17.04.2024 707
.

"Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoyulmasaydı, bu qədər izlənməyəcəkdilər" - Armağan Çağlayan

"RTÜK (Radio və Televiziya Ali Şurası) "Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoymasaydı, bu qədər izlənməyəcəkdilər". xəbər verir ki, bu sözləri türkiyəli aparıcı Armağan Çağlayan deyib. Qeyd edək ki, bir müddət öncə RTÜK bu iki seriala məhdudiyyətlər qoyub

19.04.2024 312
.

"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişindəki açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı türkiyəli müğənni Ajda Pekkan kimi olmaq istədiyini etiraf edib. "Ajda Pekkanı çox sevirəm. Bilirsiniz niyə? Mən də elə olacağam. İndidən deyirəm. Çünki ekrand

15.04.2024 1114
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 777
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1437
.

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub". Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayev

19.04.2024 669
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 478