DİQQƏT! Qaz olmayacaq

DİQQƏT! Qaz olmayacaq

Səhər saat 10:00-dan Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsində 15000 istehlakçının qaz təchizatı dayandırılıb.

BiG.AZ xəbər verir ki, bu, əsasən N.İsmayılov prospekti, Z.Bünyadov və Ş.Kamilov küçələrini əhatə edir. Təchizatın dayandırılması "Bakıxanov" Qaz Paylayıcı Stansiyasında aparılacaq bəzi yenidənqurma işləri ilə bağlıdır.

Bundan başqa, səhər saat 09.00-dan etibarən Gəncə şəhərinin bir hissəsində, 33000 abonentin qaz təchizatı da dayandırılıb. Bu, "Gəncə 2" və "Avtozavod" orta təzyiqli qaz xətlərində aşkar olunan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədardır. Abonentlərin qazla təchizatı axşam saat 18.00-dək bərpa olunacaq.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 828 Tarix: 19.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər