Bakıda dənizdə boğularaq ölən şəxs xəstəxanada ayıldı - MÖVÜZƏ KİMİ HADİSƏ

Bakıda dənizdə boğularaq ölən şəxs xəstəxanada ayıldı - MÖVÜZƏ KİMİ HADİSƏ

Pirşağı çimərliyində bataraq boğulduğu bildirilən gənc xəstəxanada ayılıb.

Abşeron rayonunun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Onlardan 6-sı ətrafdakıların köməyi ilə xilas edilib. Suda qalan iki nəfərdən biri çıxarılaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimərin müdaxiləsindən sonra hələlik adı məlum olmayan gənc ayılıb.

Suda batan 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, S.Abbasov Qarabağ qazisi Vüqar Abbasovun oğludur. Evin tək oğlu olan S.Abbasov bu il orta məktəbi bitirib.(Report)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4851 Tarix: 19.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər