Tanınmış bloqerə 37 illik HƏBS

Tanınmış bloqerə 37 illik HƏBS

Meksika hakimiyyəti tərəfindən qəsdən adam öldürməkdə günahlandırılan rusiyalı bloqer Aleskey Makeyev 37,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Kentana-Roo ştatının prokurorluğu məlumat yayıb.

Bundan əlavə, Makeyev mərhumun ailəsinə 405 min peso dəyərində cərimə ödəməlidir.

Rusiyanın Meksikadakı səfirliyi cinayət işinə baxılması zamanı Makeyevin hüquqlarının pozulmadığını açıqlayıb.

Xatırladaq ki, 2017-ci ilin mayında yüzlərlə insan Makeyevin evini mühasirəyə almış və ona hücum çəkmişdi. Münaqişə zamanı yaralanan bir meksikalı daha sonra vəfat etmiş, Makeyev isə, ağır yaralanaraq, xəstəxanaya yerləşdirilmişdi. O, xəstəxanadan buraxılandan sonra göz altına alınmışdı.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 662 Tarix: 17.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər