Hərəkətdə olan avtobusdan yıxılan qızın görüntüləri ANBAAN KAMERALARDA - VİDEO

Hərəkətdə olan avtobusdan yıxılan qızın görüntüləri ANBAAN KAMERALARDA - VİDEO

Hərəkətdə olan avtobusdan yıxılan qız anbaan kameralara düşüb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı qızın başına bədbəxt hadisə gəlib.
Belə ki, gənc qız avtobusdan düşmək üçün qapıya tərəf yaxınlaşır. Bu zaman avtobus hərəkət halında olsa da, qapısı açıq olub.

Günay Gönülaçar adlı qız düşməyə hazırlaşarkən müvazinətini itirib və sürətlə gedən avtobusdan yola yıxılıb. Bunu görən digər şofer dərhal avtobusu saxlayıb. Sərnişinlər dərhal təcili tibbi yardım çağırıb.

Ağır yaralanan qız xəstəxanaya aparılsa da həyatını xilas etmək mümükün olmayıb. Avtobus şoferi isə qapıları açıq qoyduğu üçün polis tərəfindən həbs edilib.



Səma

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2148 Tarix: 17.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər