Bakıda "Land Gruiser" "Kamaz"la toqquşdu: xəsarət alanlar var - VİDEO

Bakıda "Land Gruiser" "Kamaz"la toqquşdu: xəsarət alanlar var - VİDEO

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, avtoqəza Ələsgər Qayıbov küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, sürücü Əlisahib Səfərov idarə etdiyi "KamAZ" markalı qoşqulu yük maşınını yolun sol hərəkət zolağında saxlayaraq kafeyə gedib.

Bu vaxt arxadan yüksək sürətlə gələn və Rövşən Əliyevin idarə etdiyi "Toyota" markalı avtomobil yük maşınının qoşqusuna çırpılıb. Nəticədə minik maşınının sürücüsü və onun sərnişini Kənan Səmədzadə xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatlarını Nərimanov polisi araşdırır.



Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 368 Tarix: 16.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər