Uşaqlarda qısa dilaltı yüyən – Çərtilməlidir, yoxsa?

Uşaqlarda qısa dilaltı yüyən – Çərtilməlidir, yoxsa?Körpələrdə dilaltı yəhər adlanan kiçik bağın çərtilməsi əməliyyatı son zamanlar geniş yayılıb. Bir çox doğum evlərində belə körpənin süd əmməsinə mane olacaq bu bağın kəsilməsi təklif olunur.

Bir çox valideynlər isə buna qarşı gedərək, uşağı birtəhər qidalandırır və ya heç bir maneə törətmədiyini bildirirlər.

BiG.AZ medicina-ya istinadən xəbər verir ki, ABŞ General Hospitalının pediatrları bəyan edib ki, əksər körpələrdə süd əmmə və qidalanmanı qaydaya salmaq üçün dilaltı hissəni kəsməyə ehtiyac yoxdur. Dilaltı bağı anatomik qısa olan körpələrin anası mütəxəssis yanında bir iki məşğələ keçməsi kifayətdir.

Hər il dünyada 10-12% uşaq ankiloqlossiya – dil altı bağın bərk və qısa olması ilə doğulur. Bu da dilin hərəkətliliyinə mane olur, azaldır, ana döşünü, əmziyi sıx tutub qidalanmasına mane olur.

Belə olan halda uşaq cərrahı frenulektomiya – linqivial düyünün kəsilməsi əməliyyatını icra edir. Bu əməliyyat yüngül bir prosedurdur, narkozsuz olunur.
Son 10 ildə bu əməliyyatların sayı 10 dəfə artıb, halbuki yenidoğulmuşların sayında elə də ciddi dəyişiklik yoxdur. Sadəcə indi valideynlər dilaltı bu bağ haqqında daha məlumatlıdır, uşaq döşü tutmayan kimi bundan şübhələnib, dərhal cərraha müraciət edirlər.

Alimlər son tədqiqatlarında dil yəhəri kiçik doğulan 115 uşağı müşahidə ediblər. Onlar əməliyyatdan öncə anaları ilə birgə xüsusi korreksiya məşğələlərinə cəlb edilib. Məşğələlər 15 gün davam edib. Daha sonra pediatrlar uşağın süd yeməsini müqayisə edərək, 63% körpədə əməliyyat olmadan belə süd əmməsi düzəlmişdir və onlar əməliyyatdan imtina edilmişdir.

28% -də isə bağ çox qısa idi və üst dodağı içəridən damağa çəkirdi, onlarda əməliyyat icra olunub.
Bu metodla bir çox uşaqlar ağrılı prosedursuz davam edə biliblər.
Ona görə tədqiqat müəllifləri hesab edir ki, hər dilbağı qısa, bərk olan körpəni əməliyyat etməyə tələsmək olmaz, ilk əvvəl süd verməni korreksia etmək olar.

Azərbaycanda belə kurs və məşğələlər olmadığı üçün qısa dil yəhərinin cərrahi yolla aradan qaldırılmaqdan başqa yolu qalmır.

Pediatr Vaqif Qarayev medicina.az-a bildirdi ki, hər südü yaxşı yeməyən uşağın dilindən şübhələnmək olmaz. Mütləq cərrah müayinəsi olmalıdır
"O ki qaldı, qısa dil yəhəri çərtilməlidir, yoxsa yox? Mütləq çərtilməlidir, lazımdır. Bu problem dilin hərəkətini məhdudlaşdırıb, gələcəkdə uşağın nitqində problem yarada bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 976   Tarix: 16 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128