Ronaldonun döymə etdirməməsinin ilginc səbəbi - dostunun xəstə oğlu...

Ronaldonun döymə etdirməməsinin ilginc səbəbi - dostunun xəstə oğlu...

Lionel Messi, Zlatan İbrahimoviç, Neymar, Dani Alveş kimi ulduz futbolçular bədənlərinin müxtəlif hissələrinə etdirdikləri döymələrlə (tato) diqqəti çəkdirir.

Onlardan fərqli olaraq Kriştiano Ronaldonun bədənin heç bir nöqtəsində tato yoxdu. Bunun səbəbləri ilə bağlı indiyədək müxtəlif versiyalar səsləndirilib. İngiltərə mətbuatı isə bu günlərdə əs səbəbi yazıb.

Ronaldonun qan donoru olduğu üçün döymə etdirmədiyi iddia olub. Belə ki, portuqaliyalı ulduz tez-tez qan banklarına qan bağışlayır. İlk dəfə 2017-ci ildə iki dəfə bağışladığı zaman çəkilən şəkili yayılan Ronaldo keçmiş komanda yoldaşı Karlos Martinsin oğluna da tez-tez ilik verir.

Həmin vaxt bununla bağlı danışan Ronaldo "Martinsin oğlunun vəliyyətinin pis olduğunu bilirdik. Bütün komanda ona yardım etməyə çalışırdı. Bir çox insan ilik verməyin çətin proses olduğunu düşünür, amma ilik vermək qan vermək kimi bir prosesdi" demişdi.

Ronaldonun qan bağışlaya bilmək üçün döymə etdirməməsinə gəlincə, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərıkatı bir müddət əvvəl verdiyi açıqlamada, döymə etdirənlərin sayının artması səbəbindən qan bağışlayan şəxslərin sayının ciddi şəkildə azaldığını bildmirmişdi.

Qeyd edək ki, döymə etdirən şəxs infeksiya riski səbəbindən ən azı 12 ay qan verə bilməz.

Fanat.Az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1484 Tarix: 16.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər