"Xəzər adaları"nın adı dəyişdirildi - Başıbəlalı layihəyə "gün doğdu"

"Xəzər adaları"nın adı dəyişdirildi - Başıbəlalı layihəyə "gün doğdu"Azərbaycanda 8 il bundan qabaq maliyyə tutumuna və miqyasına görə böyük səs-küyə sahib olan bir layihənin təməli qoyuldu.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, 2011-ci ildə "Avesta" şirkəti 100 milyardlıq "Xəzər adaları" layihəsini ortaya qoyaraq dənizdə yeni bir ada şəhərin salınacağının anonsunu verdi. Burada 1 milyon nəfərin yaşaması planlaşdırılırdı. Bunun üçün lazım olan bütün infrastrukturların qurulacağı da planda öz əksini tapmışdı.

Şirkətin prezidenti İbrahim İbrahimov (Hacı İbrahim) o zaman bildirmişdi ki, layihənin həyata keçirilməsinə Amerika, Türkiyə, ərəb və Çin investorları maraq göstərirlər. Hətta bu dövrlərdə bir neçə xarici şirkətin rəhbərlərinin layihəyə yatırım edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. 2013-cü ilin oktyabrında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı da olub. Ancaq bu proyektin inşası 2015-ci ildə dayandırıldı. Buna səbəb layihənin icraçısı olan İbrahim İbrahimovun müflis olması idi. Məlum oldu ki, o, dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ndan götürdüyü 1 milyard dollara yaxın vəsaiti təyinatı üzrə xərcləməyib. Layihə rəhbəri "Beynəlxalq Bank" işi məsələsində ödəmədiyi borcuna görə cinayət məsuliyyətinə də cəlb olunmuşdu. O, borcunu ödəmək şərtiylə sərbəst buraxılıb.

Bu günlərdə də iş adamı mətbuata verdiyi açıqlamada "Xəzər adaları" layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını vurğulayıb. Ərazinin deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi Azərbacan Sənaye Korporasiyasına verildiyini təsdiqləyib. Əmlakın dəyərinin 720 milyon manat həcmində qiymətləndirildiyini və borcunu ödəyib tam bitirdiyini ifadə edib.

Qeyd edək ki, zamanla mətbuatda bu meqalayihə ilə bağlı müxtəlif açıqlamalar verilsə də, onun reallaşması mümkün görünməyib.

Buna görə də layihənin ciddiliyi şübhə altına düşüb. Bu müddətə qədər tikilmiş tikililər də baxımsız və yarımçıq vəziyyətdə qalıb.

Elə bu ərəfədə Rusiyanın "RBK" kanalı "Xəzər adaları" layihəsinin 2022-ci ildə başa çatacağı ilə bağlı xəbər yaydı. Həmin süjetdə dünyanın ən hündür qülləsi olan "Azərbaycan" qülləsinin ( 1050 m) hətta 2019- cu ildə başa çatdırılacağı bildirilib. Bütün arxipelaqın isə 2022-ci ildə başa çatmasının planlaşdırıldığı qeyd edilib.

Bu xəbərlə birgə Hacı İbrahimin də verdiyi açıqlama da üst-üstə düşdüyünə görə, bu dəfə başıbəlalı layihənin gerçəkləşməsinin mümkünlüyü gün üzünə çıxır.

Bəs, bu layihənin belə tez başa çatması mümkün ola bilərmi? Növbəti dəfə layihənin fiaskoya uğramaq riskləri varmı? Pul layihəyə haradan cəlb olunacaq?

Bu suallara layihənin təhvil verildiyi Azərbaycan Sənaye Korporasiyasından cavab verilib.

Sözügedən quruma bir neçə sualla müraciət etsək də, qısa cavab göndərilib. Bildirilir ki, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə "Avesta Konserni" MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 ha torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər ("Yeni şəhər" kompleksi) "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına verilib. "Yeni şəhər" kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra, layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcək.

Milli Məclisin deputatı Vahid Əhmədov da açıqlamasında qeyd edib ki, sözügedən layihəylə özü tanış olub: "Orada çox böyük işlər görülüb. İşlərin ağır hissəsi görülsə də, müəyyən işlər hələ də qalıb. Şirkət rəhbəri borclu olduğu üçün layihə satılıb və Azərbaycan Sənaye Korparasiyasına təhvil verilib. Yəqin ki, layihənin üzərində işləyəcəklər. Kreditlər cəlb edəcəklər. Həmin layihəni axıra qədər başa çatdıracaqlar. Bu, çox gözəl bir layihədir. Sözügedən layihənin inkişaf etdirilməsi Azərbaycanda bir sıra sahələrin, o cümlədən, turizmin inkişafına da təsir edəcək. Yəqin hökumət belə bir qərar qəbul edibsə, onun tikintisinin davam etdirilməsi nəzərdə tutulur. Bu layihəyə vaxtilə xaricdən də maraq göstərənlər olub. Sonradan kredit borcu ilə bağlı problemlər ortaya çıxdı və məsələ yarımçıq qaldı. Hesab edirəm ki, rəhbərlik tamamilə düzgün qərar qəbul edərək həmin layihəni təhvil verdi. Azərbaycanda həm əhatə dairəsi, həm böyüklüyü, həm də maliyyə tutumu baxımından bundan böyük layihə görməmişəm. Onu başa çatdırmaq çox vacibdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1406   Tarix: 16 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

12:09 0
.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27.03.2024 269
.

Məşhur aktrisanı aldatdılar – "Key deyiləm, abır-həya edirəm"

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. -ın xəbərinə görə, o bu barədə o, öz "Instagram" hesabında məlumat verib. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyi

27.03.2024 447
.

"Öyle bir geçer zaman ki" serialının aktyoruna ağır itki

"Öyle bir geçer zaman ki" serialında Ali kaptan rolu ilə tanınan aktyor Erken Petekkayaya ağır itki üz verib. xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşıb. Aktyorun atası Akın Kaya bu gün səhər vəfat edib

27.03.2024 404
.

Almaniyada sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində sərnişin avtobusunun magistral yolda aşması nəticəsində 5 nəfər ölüb. xəbər verir ki, polisinin verdiyi açıqlamaya görə, avtobusun iştirakı ilə yol qəzası A9 avtomobil yolunda Wiedmar və Schkeuditzer Kreuz kəsişmələri arasında baş verib. Leypsiq polisinin sözçüsü Olaf Hopp

27.03.2024 193
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27.03.2024 343
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

İsrail ordusu Livan sərhədində bəzi yolları bağlayıb

İsrail ordusu Livan sərhədində bəzi yolları mülki avtomobillərin hərəkətinə bağlayıb. xəbər verir ki, Times of Israel qəzetindəki xəbərə görə, mülki avtomobillərin hərəkətinə bağlı olan yollar Yuxarı Qaliley bölgəsinin Livan sərhədinə yaxın əraziləridir. Xəbərdə İsrail ordusunun Livan sərhədində bəz

27.03.2024 169