"Mehriban Əliyeva mənim harayıma çatdı" - Yalçın Rzazədə

"Mehriban Əliyeva mənim harayıma çatdı" - Yalçın RzazədəHazırda Türkiyədə müalicə olunan xalq artisti Yalçın Rzazadə səhhətindən danışıb. O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, həmişə özünü yıxılmaz hesab edib:

"Düşünürdüm ki, əksi olsa, mənə çətin olar. Birdən özümü Bakıda pis hiss etdim. Bir neçə yerə getdim. Sonra gördüm ki, yıxılıram. Bu zaman birinci vitse-prezident mənim harayıma çatdı. O saat məni təyyarəylə Türkiyəyə müalicəyə göndərdilər. Burada hələ də müayinələr keçirilir. Son vaxtlar çox danışan deyildim. Amma bilməzdim ki, mənə bu qədər böyük diqqət olacaq. Bunun hamısını yaradan birinci vitse-prezidentimiz Mehriban xanıma, prezidentimizə möhkəm can sağlığı arzulayıram. Onlar işıqlı insandırlar. Mən özümü əsl dövlət sənətkarı hiss etdim. Bildim ki, mən yaşamalıyam. Onların bu hərəkəti məni yaşamağa daha çox həvəsləndirdi. Mənim həyatım dövlətimizə və xalqımıza lazımdır. Mehriban xanımın özündən böyük ürəyi var. O xalqımıza çox lazımdır. Ümidvaram ki, sağalıb gələcəyəm. Sübhdən gecə yarısına kimi nə qədər insanlar mənə zəng edib səhhətimlə maraqlandılar. Hamısına böyük salamımı çatdırmaq istəyirəm".

Xalq artisti indi səhhəti ilə bağlı vəziyyətin gərgin olduğunu vurğulayıb: "Həkimlər analizləri Amerikaya göndəriblər. Bir həftədən sonra cavab gələcək. İlk əməliyyat dördüncü gün olmalıdır. Ondan sonra ikinci əməliyyatın nə zaman olacağı bilinəcək. İndi sistemlər vururlar, dərman qəbul edirəm. Özümü deyəsən, yaxşı hiss edəcəm".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən xalq artisti fondun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 617   Tarix: 15 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262
.

"Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir"

"Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı". xəbər verir ki, Bu barədə Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi Anders Foq Rasmusse deyib. Hesabata görə, Aİ Ermənistana namizəd statusu təkli

27.03.2024 208
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun ba

11:06 0
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

13:09 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0