"Camaat ağac altında qalıb, kömək etməkdənsə, telefona çəkirdilər" - Direktor

"Camaat ağac altında qalıb, kömək etməkdənsə, telefona çəkirdilər" - DirektorÖtən gün Şəki Xan sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsindən sonra sosial şəbəkələrdə belə halların əvvəllər də baş verməsi ilə bağlı məlumatlar paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, elə son olaraq bu il may ayında çinar ağacının budağının qırılıb düşməsi yayılan görüntülərdə əks olunub. İstifadəçilər ağaca necə qulluq edilməsi ətrafında müxtəlif müzakirələr açıblar.

BiG.AZ xəbər verir ki, qafqazinfo yaranan bütün suallara aydınlıq gətirmək məqsədilə Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva ilə əlaqə saxlayıb.

O, sosial şəbəkələrdə yazılanlardan xəbərdar olduğunu bildirib və dediklərinin ictimaiyyətə olduğu kimi çatdırılmasını xahiş edib. T. Abdullayeva camaatı şoka salmamağı tövsiyə edib: "500 yaşı olan ağacın qurumuş və yaş budaqları da olur. Çünki ağac kövrək ağacdır. Yağış yağan kimi onun budaqları suyu çəkir. Ucları ağırdır deyə, quruyub düşür.

"Xan çinarı" "Qırmızı Kitab" a düşmüş ağacdır. Qeyri-qanuni biz ona əl vura, bir dənə yarpağına da dəyə bilmərik. 2012, 2014, 2016- ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacda budama işləri aparılıb. İnkişafda olan ağacdır. İki gün Şəkiyə yağan yağış həmin budağın ağırlaşmasına səbəb olub və küləyin olması nəticəsində belə hadisə baş verib.

Burada qeyri-adi heç nə yoxdur. Problem axtarmaq lazım deyil. Bununla bağlı məktublarımız, aktlarımız var. Ağac vaxtaşırı budanıb. Bu günlərdə yenidən budanmalı idi. İnsanlar çox gəlirdi deyə, edə bilmirdilər. İndi edəcəklər.

Panika yaradıblar ki, budaq mayda da aşıb. Hamısı yalan söhbətlərdir. 20-30 santimetrlik quru budaqlar külək nəticəsində qırılıb düşüb. Nə gəldi, yazırlar, dünyaya car çəkirlər. Yalandan yazırlar ki, guya, 4 nəfər ölüb. Allah eləməsin. Yalnız bir nəfərin vəziyyəti ayağına görə ağırdır. Sağ olsun dövlətimiz helikopter göndərdi, Bakıdan həkimlər briqadası gəldi. İş dövlət başçısının nəzarətindədir. İndi dövlət başçısının tapşırığı ilə ağac qanunauyğun şəkildə budanasıdır.

Bilirsiniz, budamağa da qorxurlar. Çünki çox budama işi aparılsa, ağac quruyacaq. Bundan da ehtiyat edirlər. Axı camaat Xan Sarayı ilə yanaşı, həmin ağaclara da baxmağa gəlir. Mütəxəssislər, ekspertlər vaxtaşırı gəlib ağaca baxırlar".

Qoruq direktoru dünən baş verən hadisədə insanların olaya laqeyd yanaşmasından təəssüfləndiyini də qeyd edib:

"Dünən digər ziyarətçilərə məəttəl qaldım. Öz məhəlləmizin uşaqları olmasaydı, bir adam bir adama kömək etmirdi. Turistlərin hamısı dayanıb hadisəni telefona çəkirdilər. Camaat ağac altında qalıb, onlara kömək etməkdənsə, durub telefona çəkirlər. Baxıram feysbuka, instaqrama nələr yazırlar. Şəki Xan Sarayı UNESKO-ya düşdüyü bir vaxtda belə hadisə baş verdi. Vallah göz dəydi, bu işlərin hamısına. Özü də qırılıb düşən sağlam budaq idi. Budaqları sizə göndərsəm, məəttəl qalarsız ki bu niyə ortadan qopub düşüb. Çətin problem də ona görə olub ki, üstdəki ağac altdakı qalın budağın üstünə düşüb. Ona görə belə ziyan olub. Üstdəki budaq çox da iri olmayıb. O tək qırılıb düşsəydi , ziyanlıq da olmazdı. Sürətlə biri o birinin üstünə düşüb deyə, belə hadisə baş verib.

Fransada Luvr muzeyi yanıb. Təbii hadisədir. Ağacdır da budağı qopub düşüb yenə yerinə gələcək, turistlər də sağalacaq. Ona görə də sosial şəbəkədə yazanlar bir az diqqətli olmalıdırlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1712   Tarix: 15 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 217
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 261
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 770