52 yaşında məzun olan baba: "Tələbə yoldaşım qızları qızım kimi görürdüm" - FOTO

52 yaşında məzun olan baba: "Tələbə yoldaşım qızları qızım kimi görürdüm" - FOTOAzərbaycan Dövlət İqtisad Universitetinin 100 illiyi ərəfəsində bu təhsil ocağından ilk dəfə 52 yaşlı tələbə məzun olub. Söhbət Qəbələ rayonunun Soltannuxa kənd sakini İqrar Sədr oğlu Əhmədovdan gedir.

O, 1968-ci ildə keçmiş Qutqaşen, indiki Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Atası Əhmədov Sədr rayonun ilk əməkdar müəllimidir. Əhmədovları kənddə hamı veteranlar ailəsi kimi tanıyır.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən xəbər verir kiki, 1985-ci ildə orta məktəbi bitirən qəhrəmanımız 3 il sonra Bakı Maliyyə-Kredit Texnikumuna daxil olub və 1992-ci ildə həmin məktəbi bitirib. Rayona qayıdaraq maliyyə və vergi idarələrində fəaliyyətə başlayan İqrar kişi səliqəsi və düzgünlüyü ilə işçilər arasında sayılıb-seçilib.

1996-cı ildə İqrar Əhmədov Texniki Universiteti başa vuraraq ali məktəb diplomuna sahib olur. Ancaq işlədiyi təşkilatda ona bildirilir ki, ali təhsilinin iqtisadiyyat üzrə olması vacibdir. Bu bəhanə ilə işindən uzaqlaşdırılan İqrar kişi qarşısına məqsəd qoyur və 1997-ci ildə İqtisad Universitetinə imtahan verərək qəbul olunur. Tələbələr arasında yaşı və təcrübəsi ilə seçilən İqrar müəllimlərin də sevgi və hörmətini qazanır.

"Beləliklə, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə qiyabi təhsil almağa başladım. O vaxt 29 yaşım var idi. Təhsil qiyabi olduğu üçün 5 illik idi, 4 kurs oxudum, amma sonra həm ailədə maddi cəhətdən çətinliklər oldu, həm də universitetdə müəyyən ədalətsizliklər gördüm deyə təhsili davam etdirmədim. Bir ilim qaldı", - İqrar kişi xatırlayır.

Yaşlı tələbə imtahanlar zamanı bir müəlliminin inadı ucbatından təhsilini yarımçıq saxlamalı olur və doğma kəndinə qayıdır. İllər keçdikcə ailə və məişət qayğılarına başı qarışan İqrar kişi bütün çətinliklərə baxmayaraq təhsili bitirmək arzusunda idi. Yeri gəlmişkən, İqrar Əhmədov ailəlidir və üç övladı, nəvələri var. O, iki uşağına təhsil verib, balaca övladı da bu il ali məktəbə qəbul olunub.

Kiçik övladı imtahana hazırlaşanda İqrar kişi 18 il öncə yarımçıq qoyduğu təhsilini davam etdirmək qərarına gəlir. Ötən il Azərbaycan İqtisad Universitetinin dekanı ilə görüşən İqrar Əhmədov yenidən ali məktəbə qəbul olunmaq şansı əldə edir. İki ay gecə-gündüz hazırlaşaraq 17 fərq imtahanı, ümumilikdə isə 21 imtahan verərək yenidən tələbə adını qazanır.

İ.Əhmədov deyir ki, övladları yaşda olan gənclərlə bir auditoriyanı bölüşmək, onlarla ayaqlaşmaq cəhətdən problem yaşamayıb: "Özümü qocalmış hiss etmirəm. Yorulmamışam, həvəsdən düşməmişəm. Baxmayaraq ki, 52 yaşım var, bu gün də qarşıma məqsəd qoysam, çalışıb-vuruşub istədiyimi əldə edə bilərəm. Qiyabi oxuduğum üçün gənclərlə bir ay auditoriyada oldum. Tənəffüsə belə çıxmırdım, dərslərlə məşğul olurdum, gənclərlə ünsiyyət qururdum. Məndən yaşca çox kiçik olsalar da, qrup yoldaşlarımla yaxşı ünsiyyətimiz alındı. Tələbə yoldaşım olan qızları qızım, oğlanları oğlum kimi görürdüm. Qətiyyən problemimiz olmadı, əskinə, yaşca böyük şəxs kimi onlara tövsiyələr verirdim".

Deyir ki, gənc qrup yoldaşları ilə əlaqə saxlayır: "Yaş fərqi qrup yoldaşı olmaq üçün maneə deyil. Əlaqəmiz olanlar var. Mən Qəbələdəyəm, turizm bölgəsi olduğu üçün bura çox adama maraqlıdır. Buraya gələndə mənimlə əlaqə saxlayırlar".

Hazırda İqrar kişi müxtəlif insanlar və təşkilatlardan xeyli iş təklifi alır. Onun sözlərinə görə, oxumaq heç bir yaşda gec deyil. Yetər ki, insan istəsin və qarşısına məqsəd qoysun.

52 yaşında məzun olan baba: "Tələbə yoldaşım qızları qızım kimi görürdüm" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1194   Tarix: 14 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051