Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR

Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏRAzərbaycanda qız övladları olan ailələri dəstəkləmək və qadınların sosial həyatda iştirakını stimullaşdırmaq təklif edilir.

BiG.AZ Trend-ə istinadən bildirir ki, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd edilib.

Sənəd layihəsində yalnız qız övladı olan ailələr üçün onlara dəstək verəcək proqramların yaradılması və icra edilməsi təklif edilir.

Eyni zamanda, qeyd edilir ki, həmin dəstək ya qızların özünə (məsələn, təhsil təqaüdləri, yaxud tibbi imtiyazlar kimi), yaxud valideynlərinə (pensiya dəstəyi kimi) verilməlidir.

Layihəyə görə, bu tədbirlərin 2019-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Ombudsman tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə açıqlamasında qız uşaqlarının doğulması üçün ailələrə xüsusi stimullaşdırıcı yardımların verilməsini düzgün saymır.

Sədr müavini bunun üçün insanların şüurlarının dəyişməsini vacib hesab edir:

"Əgər bu gün "Ailəyə dəstək daha çox qız, yoxsa oğlan tərəfindən gəlir?" deyə bir təhlil aparılsa, inanıram ki, üstünlük qız övladlarına veriləcək. Bu gün qızlar ata-anasına daha çox dəstək verirlər, nəinki oğlanlar. Qız uşaqlarını saxlamaq üçün ailəyə pul, yaxud başqa yardım edilsə, daha çox qız uşaqlarının doğulmasına meyil yaranacaq".

S.Qəhrəmanovanın fikrincə, belə yardımların edilməsindənsə, ailələr üçün dəstək proqramlarının genişləndirilməsi daha faydalı olar:

"Azərbaycanda ailələrə özünüməşğulluğun təmin edilməsi üçün vəsait verilir. Bu vəsait ailəyə öz biznesinə başlamağa yadım edir. Bunu inkişaf etdirmək lazımdır. Biz komitə olaraq, belə məsələlərlə də rastlaşırıq ki, hansısa bir kənddən qız uşağı ali məktəbə qəbul olunur, ailənin isə ona maddi dəstək verməyə imkanı çatmır. Məsələn, Qaxın kəndlərindən birində yüksək balla ali məktəbə qəbul olunan qızın təhsil almaq imkanı yox idi. Komitənin müraciətindən sonra onun qəbul olunduğu universitet qıza dəstək verdi və qız təhsilini davam etdirə bildi. Qız uşaqlarının inkişafı üçün müvafiq orqanlar tərəfindən onlara belə dəstəklər göstərilməlidir".

Xatırladaq ki, 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur. Bioloji normaya görə, hər 100 yenidoğulan qıza 105-106 oğlan uşağı düşməli olsa da, Azərbaycanda bu göstərici (2017-ci ildə) 114 olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3594   Tarix: 12 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcüstanın "de-fakto lideri"nin ailəsi ilə bağlı yeni iddia: Bera Rusiya vətəndaşıdır

Gürcüstanın hakim partiyası "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvilinin oğlu Bera İvanişvilinin Rusiya vətəndaşlığına malik olduğu məlum olub. xarici mediaya istinadən xəbər verir ki, Bera İvanişvili hazırda Gürcüstan və Rusiya vətəndaşları tərəfindən qeydiyyatdan keçmiş iki şirkətin sahib

11:58 174
.

Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir

Mütəxəssislər hesab edir ki, limon, soda və sirkə kimi təbii vasitələrdən istifadə həm sağlamlıq risklərini azaldır, həm də daha ekoloji yanaşmadır. Kimyəvi təmizləyicilər çox vaxt aqressiv maddələrdən ibarət olsa da, limon evdə təmiz, təhlükəsiz və qənaətcil alternativ yaradır. limon vasitəsilə təmizli

19:15 1
.

Daxili qoşunların hərbçiləri bu hallarda silah tətbiq edə biləcək

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahın tətbiqi şərtləri müəyyənləşdiriləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, odlu silahı

13:00 202
.

Qızıl almaq istəyənlərin nəzərinə! - Gələn ilin QİYMƏTLƏRİ

Bu il Azərbaycanda və dünya bazarlarında qızılın qiymətində son aylarda müşahidə olunan ciddi artım investorların diqqətini yenidən bu aktivə yönəldib. Qlobal inflyasiya təzyiqləri, geosiyasi risklər və Mərkəzi Bankların artan qızıl alışları növbəti il üçün də qiymətlərin yüksək dəyişkənliklə müşahid

08.12.2025 1791
.

Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır

Gənclərin sevimli reperi Qurd yenidən musiqi sevərlərin qarşısına yeni layihəsi ilə çıxıb. Onun ən son ifası - "Aləm qalxsa" adlı mahnı artıq dinləyicilərə təqdim olunub. xəbər verir ki, Qurdun yeni işi ritmik soundu, diqqətçəkən sözləri və özünəməxsus üslubu ilə qısa müddətdə maraq doğurub

16:39 161
.

Gündə cəmi 10 dəqiqə: ömrünüzü uzadacaq məşqlər

Yüngül 10 dəqiqəlik məşqlər kompleksi faydasına görə tam formatlı fiziki aktivlikdən geri qalmır bunu tədqiqatlar sübut edib. Orta intensivlikli məşqlər artıq sağlamlığını əlavə yüklənmədən qorumaq istəyənlər üçün yeni orientirə çevrilir. Belə məşqlər daha sakit tempi nəzərdə tutur: bu, üzgüçülük, yava

08.12.2025 309
.

İranla diplomatik görüş: Azərbaycanın balanslı xarici siyasəti

"İran Xarici İşlər Nazirinin Prezident İlham Əliyevlə görüşü regionda diplomatik təmasların ardıcıl xarakter daşıdığını göstərən növbəti nümunədir". Bunu BİG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. O, qeyd edib ki, bu görüş Azərbaycanın balanslı və ölçülmüş xarici siyasətini

14:40 138
.

Uşaq infeksiyaları sidik kisəsi xərçənginə səbəb ola bilər

Virus sidik kisəsi toxumalarında DNT zədələnməsinə səbəb ola bilər. Yeni britaniya tədqiqatı göstərir ki, uşaqlıq dövründə geniş yayılmış bəzi xəstəliklər gələcəkdə sidik kisəsi xərçənginə gətirib çıxara bilər. Məlum olub ki, uşaqlıqda geniş yayılmış BK virus infeksiyasına yoluxma, virusun toxumalard

08.12.2025 260
.

Kommunal xidmətlərlə bağlı YENİLİK

"Azərişıq"da kommunal xidmətlərin vahid informasiya sisteminə qurulması Prezidentin sərəncamı ilə həyata keçirilməkdədir. İlkin layihələr hazırdır. Hədəf modelinin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur". Bizim.Media xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Sultano

08.12.2025 1080
.

TOP MP3