Azərbaycanlılar Gürcüstanda qəzaya düşdülər: yeddi yaralı

Azərbaycanlılar Gürcüstanda qəzaya düşdülər: yeddi yaralı

Tbilisi-Batumi avtomobil magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Yolun Lançxuti bölgəsindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

Bədbəxt hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar arasında Azərbaycan vətəndaşları da var.

Xəsarət alanlara xəstəxanada tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

oxu.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 340 Tarix: 12.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər