Azərbaycanda rəis oğlunun faciəvi ölümündə həkimlər günahlandırılır: Sağ idi, amma...

Azərbaycanda rəis oğlunun faciəvi ölümündə həkimlər günahlandırılır: Sağ idi, amma...Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayevin faciəvi ölümü ilə bağlı bir sıra iddialar irəli sürülüb.

Belə ki, özünü mərhumun qonşusu və dostu kimi təqdim edən Həsən Əliyev imzalı sosial şəbəkə istifadəçisi "Facebook" hesabında hadisə ilə bağlı bir neçə məqamı qeyd edib.

O iddia edir ki, O.Ağayev yerə düşdükdən sonra nəbzi vururmuş. Lakin təcili tibbi yardım briqadası hadisə yerinə gec gəlib. O.Ağayevin nəbzini yoxladıqdan sonra həkimlər qırağa çəkiliblər və onu ambulansa götürməyiblər.

İrəli sürülən iddialarla bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, dünən paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş vermiş hadisə ilə bağlı saat 13:11-də təcili tibbi yardıma çağırış daxil olub:

"Saat 13:18-də çağırış üçün həkim ayrılıb. Arada yeddi dəqiqə fərq onun üçün yaranıb ki, ərazi üzrə növbətçi həkimlərin hamısı həmin vaxt çağırışda olublar. Biz məcbur olub qonşu bölmənin briqdasını hadisəyə yerinə yönləndirmişik. Həkimlər Nizami rayonu ərazisindən hadisə yerinə gəlib və 13:34-də artıq ünvanda olub. Onlar hadisə yerinə çatanda həmin şəxs artıq dünyasını dəyişmişdi. Mənə verilən məlumata görə, həkimin ölən şəxsə yaxınlaşmasına da icazə verməyiblər.

Bundan başqa, qeyd edim ki, dünən 16 təcili tibbi yardım briqadamız təxminən həmin saatlarda çimərliklərdə növbə çəkib. Daha 10 briqada isə dövlət tədbirlərində iştirak edib. Bununla belə, bir ərazidən digər əraziyə çağırışları vaxtında icra etmək üçün əlimizdən gələni edirik".

Qeyd edək ki, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu iyulun 11-də özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.

Azərbaycanda rəis oğlunun faciəvi ölümündə həkimlər günahlandırılır: Sağ idi, amma...oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4479   Tarix: 12 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497