Eldar Əzizov keçmiş müavininə VƏZİFƏ VERDİ

Eldar Əzizov keçmiş müavininə VƏZİFƏ VERDİ

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçmiş müavininə yeni vəzifə verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, biir müddət öncə Eldar Əzizovun əmri ilə Şahmalı Cavadov Bakı Lift Təmir İstehsalat Birliyi Baş direktorunun müavini təyin edilib.

Sözügedən təyinat xəbərini Unikal.org-a Bakı Lift Təmir İstehsalat Birliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı olarkən, Ş.Cavadov şəhər təsərrüfatı üzrə onun müavini olub. Həmçinin Qüdrət Şükürov Bakı Lift İdarəsinin baş direktoru vəzifəsini icra edərkən öz müavini Ruslan Eyvaz oğlu Dilanovu işdən çıxarmışdı. O vaxtdan həmin vəzifə vakant idi.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 526 Tarix: 12.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər