Sosial şəbəkə fenomeninə yazdığı tvitə görə - 7 İL HƏBS CƏZASI

Sosial şəbəkə fenomeninə yazdığı tvitə görə - 7 İL HƏBS CƏZASI

Türkiyədə sosial media fenomeni, bir neçə kitab müəllifi olan “Pucca” ləqəbli Pınar Qaragöz yazdığı statusa görə həbs cəzası alıb.

Bu barədə fenomen instaqram hesabında ağlayaraq paylaşdığı videoda məlumat verib.

Belə ki, ötən il o, “Narcos“ serialını izlədikdən sonra tvitterində bu haqda yazıb və onun bu addımı narkotik maddələrə təşviq kimi qiymətləndirilib. 2018-ci ildə başlayan məhkəmə prosesi bu gün yekunlaşıb və Anadolu məhkəməsində fenomenin 7 il həbs cəzası alması istənilib.

Yekun qərara əsasən, Qaragöz 5 il 10 ay və 66 min 660 TL (təxminən 20 min AZN) pul cəzası alıb.

Qeyd edək ki, “Narcos” serialında kolumbiyalı narkobaron Pablo Eskobarın həyatından bəhs olunur. 1989-cu ildə “Forbes” jurnalı onun narkobiznes sahəsində 3 milyard dollar sərvət qazandığını açıqlamışdı. Eskobar 1993-cü ildə ölüb.



qafqazinfo

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 431 Tarix: 12.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər