"Onun dəstəyi ilə biznes qururam"- Aparıcı Seyran sevgilisindən danışdı - FOTO

"Onun dəstəyi ilə biznes qururam"- Aparıcı Seyran sevgilisindən danışdı - FOTO

Azərbaycanlı aparıcı Seyran Əliyevadan xəbər var. Aparıcı iş qurmaq məqsədi ilə Türkiyəyə yollanıb.

BiG.AZ -a özəl açıqlama verən məşhur aparıcı bildirib ki, ona biznesi qurmaqda sevgilisi dəstək olub:

"Mənə hər şeydə yaxından dəstək olan sevgilim var. İşlə bağlı İstanbuldayam. Təbii ki, mənə bu işdə də sevgilim dəstək oldu. Lakin bu dəfə rəfiqəm ilə birlikdə gəlməyə qərar verdim. Sevgilimin köməkliyi ilə özümə biznes qurmağa hazırlaşıram. Yaxın zamanda bu barədə geniş açıqlama verəcəm. Çox sağ olsun ki, hər zamanki kimi, mənim yanımdadır. Onun dəstəyi mənə çox böyük güc verir. O yanımdadır deyə heç nədən qorxmuram, arzularımın arxasıyca gedirəm. Gələn ay isə gözəl istirahət keçirməyi planlaşdırıram".

"Onun dəstəyi ilə biznes qururam"- Aparıcı Seyran sevgilisindən danışdı - FOTO
"Onun dəstəyi ilə biznes qururam"- Aparıcı Seyran sevgilisindən danışdı - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1484 Tarix: 12.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər