"Çalış, gələn dəfə tez-tez danış, darıxırıq sən danışmayanda" - Oqtay Əsədov Zahid Oruca irad tutdu

"Çalış, gələn dəfə tez-tez danış, darıxırıq sən danışmayanda" - Oqtay Əsədov Zahid Oruca irad tutdu

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc dövlət qurumlarını aktiv olmağa çağırıb.

Zahid Oruc 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini açıqlayıb.

O, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi bina, Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə toxunub.

Z.Oruv bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdır: "Məhbus öldükdən 3 gün sonra Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti açıqlama verdi. Bu, düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın meyitini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi”.

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca irad tutub. O.Əsədov deyib ki, gündəlik ətrafında çıxış etmək lazımdır: "Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, darıxırıq sən danışmayanda. Amma gündəlik ətrafında danış!” report

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 646 Tarix: 12.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər