Pop kraliçasından sensasiyalı SÖZLƏR

Pop kraliçasından sensasiyalı SÖZLƏRVizzellinin araşdırmasına görə, "Pop Kraliçası" ləqəbli Amerika müğənnisi, akrisa, rejissor, bəstəkar, rəqqasə, modelyer və prodüser, yazıçı Madonna tarixdə həm müğənnilərə, həm də adi insanlara ən çox təsir edən qadınlardan biridir. Dünyanın ən çox qazanan sənətçilərindən olan ulduz mahnılarında müxtəlif mövzulara toxunması, tez-tez fərqli üslublardan istifadə etməsi, yaradıcı və yenilikçi olması ilə digərlərindən həmişə fərqlənir.

Publika.az bu yazıda gələn ay 61 yaşını qeyd etməyə hazırlaşan Maddonanın hikmətli və bir o qədər sensasiyalı fikirləri ilə tanış edir.

"Çoxları nə istədiyini deməyə utanır. Məhz buna görə, onu əldə edə bilmir".

"Hərdən güclü olmaq, heç bir şey etməmək, yaxud da əksinə, səy göstərmək zəiflik əlaməti kimi qəbul olunur. Mənim üçün güc nəticə etibarı ilə müdriklikdir.

"İnsan hetero, bi və ya homoseksual ola bilməz. O, ya sekseuldır, ya da yox".

"Güclü ol, azadlığa və Tanrıya inan, özünü sev, cinsəlliyi anla, yumor hissinə malik ol, masturbasiya et. İnsanları dini, rəngi, irqi ayrıseçkilik və ya cinsəl seçimlərindən dolayı ittiham etmə, həyatı və ailəni sev".

"Çədkiyim acını başqa uşaqlarla müqayisə etmək istəmirəm, amma 6 yaşımdaykən anam öldü. Çəkdiyim acı o qədər dərin idi ki, ifadə edə bilmərəm... Odur ki, ailələrini itirən uşaqlarla aramda bir əlaqə olduğunu hiss edirəm. Ailənizi itirəndə, yönünüzü də, həyatdakı hədəf nöqtələrini də itirirsiniz və öz-özünüzə "Aman tanrım, gələcəyim yoxdur" deyirsiniz. Bu uşaqları gördüyüm zaman ata-analarını və evlərini itirdikləri halda necə olur ki, hələ də gülümsəyə bildiklərini düşünürəm. Başa düşürəm ki, hər hansı mövzuda özümü pis hiss etməyə haqqım yoxdur. Və bir daha həyata təşəkkür edirəm".

"Əgər inandığın hədəf üçün mübarizə aparmağa hazır deyilsənsə, rinqdən içəri belə girmə".

"Həmişə inanmışam ki, işim insanları oyandırmaqdır. Fəqət onları oyatmaq yetərli deyil. İnsanları oyandırmalı və onlara bir yön verməlisiniz. Onları oyandırmalı və həyatın öhdəsindən gəlmək üçün vasitələr verməlisiniz. Onları oyandırmalı və əllərinə çözüm yolu verməlisiniz. Əks halda, yenidən yuxuya dalacaqlar".

"Həyat öz axarı ilə davam edərkən cəsarətli olmaq mənim üçün adiləşdi".

"Həyatdakı işim kimə və ya niyə səsvermək deyil. Önəmli olan odur ki, özün və ətrafında olan insanların məsuliyyətini daşıya biləsən. İnsanların onlara dövlətin baxdığını, qayğı göstərdiyini və qoruduğunu düşünmək ağılsızlıqdır".

"Azadlıq döyüşçüsüyəm. Şoularım, mahnılarım, işim və sənətim – hamısı ifadə azadlığı üçündür".

"Seks sadəcə bədənlərin təbii ehtiyacının ödənilməsi deyil, həm də ruhların ibadətidir. Cisnəlliyi azad şəkildə yaşaya bilməyən insanın həyatı haqqında parlaq fikir söyləmək çətindir".

"Əgər etdiyim hər işi göründüyü kimi qəbul etsəniz, dəhşətə gələrsiniz. Ya gözünüz qorxar, ya qürurunuz qırılar. Ya da sıxılarsınız".

"Bədənim narkotikə qarşı müqavimət göstərmək gücünə malik deyil. Sonra özümü bərbad hiss edirəm. Məni günlərlə süründürür, həyatımda belə bir əziyyət çəkmək istəmirəm. Bu əzablar üçün ona pul verməyə dəyməz. 20 yaşımda ilk dəfə narkotik çəkdiyim illərdə belə çox istifadə etmədim. Mən rəqqasəyəm, bədənimi məhv etmək istəmirəm. İstəyirəm ki, fiziki baxımdan özümü yaxşı hiss edim. Yəni şüurunu itirmək, bütün gün yataqda qalmaq, ağlın uçması kimi fikirlər mənim üçün heç vaxt normal olmayıb".

"Hamımızın qanı eyni rəngdə axır, hamımız sevmək və sevilmək istəyirik".

"Anamın ölümü mənə uşaq ikən böyük bir sirr kimi görünmüşdü və bunu heç kim açıqlamamışdı. Anamla bağlı xatırladığım əsas xüsusiyyət çox kübar və zərif olması idi. Gözümdə mələk kimi görünürdü, zənnimcə, 5 yaşında hər kəs anasının bir mələk olduğunu düşünür. Çox dindar olduğunu da bilirdim. Odur ki, bizi niyə atıb getdiyini heç vaxt başa düşə bilmədim. Bu, mənə qarşı haqsızlıq idi. Onun yalnış bir iş gördüyünü düşünməmişdim. Bu səbəbdən də tez-tez özümə sual verirdim ki, harda səhv etmişəm".

"Siyasətlə məşğul olan insanların cahilliyi dünyanın ən böyük problemidir. Bu mürəkəb bir vəziyyətdir... Hesab edirəm ki, siyasətçilər ruhanilər kimi özünü həsr etməlidir, əks halda, insanlar bu planetdə ideal sülhə və təbiətə nail ola bilməyəcək".

"Heç zaman həyatı boşa yaşamadım, keçmişdə yaşadığım çətinlikləri unutmadım ... Əlimə keçən hər fürsəti beyin və bədən gücümlə dəyərləndirdim. Bütün bunların yekununda xoşbəxtəm, ancaq öyrənməyin, araşdırmağın və inkişafın sonu yoxdur".

"Zövqləri başqasının icazəsindən asılı olan insan zavallıdır".

"Xüsusilə bu ölkədə olduqca məşhur bir şəxs olmaq - müəyyən bir müddət yalnız insanların razılığı daxilində istədiyini edə bilirsən. İnsanlar sənin üzərindən yaşayır, sən olmaq və sənin etdiklərini etmək istəyir, amma bu heç vaxt davam edə bilməz. Bunun üçün özünü tükətmək və ya başındakı fikirlərin bitməsi lazımdır. Evlənib uşaq doğmaq və ya kökəlmək lazımdır. İçki, ya da narkotik problemin olmalıdır. Realibitasiya mərkəzlərində yatmalısan ki, insanlar sənə acıya bilsin. Ya da ən asan yolu – özünü öldürməlisən. Əslində, bütün bunların heç biri baş vermədiyi üçün insanlar "karyerası bitdi, indi də özü bitdi, o, bacarıqsızdır" deyə açıqlamalar edir. Ancaq bunlar qulaqda qiymətləndirmədən çox, dilək kimi səslənir".

"Dəyişməyə inanmasaq, həyata da inanmarıq. Zaman var olduqca dəyişikliyə qarşı çıxmaq axmaq və boş bir çabadan o tərəfə keçmir. Bəli, dəyişməyən nələrsə var, amma dəyişmək anlayışı həyatın özüdür".

"İnsanları düşünməyə təşviq etmək həmişə yaxşıdır. Bir perspektiviniz yoxdursa, insanlar üçün ilham mənbəyi və ya örnək ola bilməzsiniz".

"Əgər xoşbəxtliyiniz başqalarının gördüyünüz hər işi təsdiqləməsindən keçirsə, uğursuz olmağa məhkumsunuz".

"Hamilə qaldığımı öyrəndiyim andan etibarən həyata fərqli bir gözlə baxmağa başladım. Birdən "Tanrım, indi başqasını düşünməyə məcburam" deyə dərk etdim. Əgər uşağınız varsa, anarxist ola bilməzsiniz. Üsyankar ola bilərsiniz, amma qərar verməzdən əvvəl yaxşı-yaxşı düşünməlisiniz. Uşağım olduğu üçün artıq edə bilməyəcəyim bir sürü şey var. Artıq sən anasan, bunun geri dönüşü yoxdur. Əslində baxsanız, cinsi üsyanın bütün təzahürlərini tətbiq etdim. Yəni edəcək başqa bir şey də qalmadı".

"Nə zaman haqqımda xəbər çıxsa, adımın yanında yaşımı da qeyd edirlər. Bu, ona bənzəyir ki, "Budur Madonna, amma yaşını unutmayın" , ya da "Gəlin bunu hər kəsə xatırladaq, onu cəzalandıraq" deyirlər. İnsanlara yaşı ilə təzyiq göstərir və məhdudlaşdırdılar ".

"Boşanmışam, Nyu-Yorkda yaşayıram. Özümü dörd mükəmməl uşaqla müqəddəsləşdirdim. Onlara qutunun kənarında düşünməyi və cəsarətli olmağı öyrətməyi çalşıram. Seçdikləri işi hər kəs etdiyi üçün deyil, doğru olduğunu düşündükləri üçün seçməyi öyrədirəm".

“Ben bir özgürlük savaşçısıyım. Şovum, şarkılarım, işim, sanatım hepsi ifade özgürlüğü için”

"Populyar oldum və gözdən düşdüm, uğurlu və uğursuz oldum, sevildim və nifrət edildim. Bütün bunların nə qədər əhəmiyyətsiz olduğunu anladım. Odur ki, riskdən qorxmuram".

"Həyatdan məna qopartmağın ən yaxşı yollarından biri də rahatlıq sahəsindən çıxıb özünə meydan oxumaq və çətin sınaqlardan keçməkdir. O sınaqlarda balıq kimi üzün... İçindən çıxa bilsəniz, müvəffəqiyyət hissi sizə nəfəs almağa kömək edəcək. Əgər çıxa bilməsəniz, narahat olmayın, eqonuz bu vəziyyəti əsla qəbul etməyəcək və bir çıxış yolu tapmağa başlayacaqsınız. Sıxılmaqdan necədir?".

"Yüksəyə özümü büstqalterin rezini ilə dartıb qaldırdım".

"Həyatımda xoşagəlməz və dəhşətli hadisələr olub. Amma istəmirəm ki, insanların mənə yazığı gəlsin, çünki özümə yazığım gəlmir".

"Həyat mənə nə öyrətdi? Güzəştə getməyi. Bu, zəiflik göstərmək demək deyil: Mən anladım ki, insanlara təzyiq göstərə və onları qorxutmağa qadirsiniz, ancaq öz istədiyinizə daha incə üsullarla da nail ola bilərsiniz".

"Alovun arasından getməyə üstünlük verirəm, ondan yan keçməyə yox".

"Müvəffəqiyyətim məni təəccübləndirmir, çünki o, əziyyətlərin yekunu olaraq doğulub, göydən düşməyib".

"Görünüş aldadıcıdır. Uşaqlıq dövründə mən çalışqan tələbə, ağıllı bir uşaq idim. Atamla dalaşmır, narkotik qəbul etmir və dərsdən qaçmırdım. Amma 30 yaşında sanki zəncirdən qırıldım".

"Fiziki gözəllik möhtəşəmdir, amma keçicidir. Hədəflərinizə nail olarkən yaranan özgüvən dünyadakı ən gözəl hissdir".

"Səni başa düşmələri üçün cazibədar olmaq lazım deyil, bunun üçün varlı və məşhur olmalısan. Sadəcə sahib olduqlarından daha çoxunu verməyə məcbursan".

"Düzgün həyat adlandırdıqları şeyə nifrət edirəm. Əgər məndən nəyisə gözləyirlərsə, mən məhz əksini etmək istəyirəm".

"İnsan materialdır, ondan gözəl bir paltar da, döşəmə əskisi də çıxa bilər".

"Əgər sağ qalmaq və uğur qazanmaq istəyirsinizsə, yalnız başınızla deyil, dişiniz və dırnağınızla da çalışın. Mən bunu etdim, bir çoxları düşünür ki, bütün bunlar məni bir ifritəyə çevirdi".

"Ailə institunun nə qədər köhnə və axmaq olduğunu başa düşmək üçün hər kəs heç olmasa bir dəfə evli olmalıdır".

"Sırğa yox, qadını pul gözəlləşdirir".

"Çox işgüzaram, gecələr yuxusuz qalıram. Hakimiyyətə meylliyəm. Bu səbəbdən də subayam, belə bir qadının yanında kim qalmaq istəyər ki?"

"Həyatda ən mühüm şey uşaqdır. Məhz uşaqların gözündə real dünyanı görə bilərik".

"AİDS 20-ci əsrdə Hitlerdən sonra baş verən ən pis hadisədir".

"Həmişə düşündüyümü deyirəm və bu vərdişimi dəyişmək fikrim yoxdur".

"Sevdiyiniz kişi olmadan gülləri neyləyirsiniz? Əksi daha yaxşı deyilmi?"

"Bu ad – Madonna ilə necə başqası ola bilərdim. Məndən ya rahibə çıxarda, ya da nə olubsa, o. Başqa variantlar yox idi".

"Pul mənim üçün xüsusi əhəmiyyət kəsb etmir. Nə qədər pulun varsa, bir o qədər problemin var. Şöhrətsə narkotik kimidir, o, sənin daxili boşluğunu doldurur".

"Heç bir halda mətbuata Argentina prezidentinin büstqalterinin rezininə baxdığını demək olmaz. Xüsusilə Argentinaya qayıtmaq istəyirsinizsə".

"Bakirəliyi itirməyə, karyera qurmağın üsullarından biri kimi baxırdım".

"Feminist deyiləm, humanistəm".

"Uşaq ikən Allaha inanırdım, hərarətli yeniyetmələr kimi. İsa mənim üçün kino ulduzu və əsas kumirim idi. İndi kilsə mənim üçün bir sığınacaqdır, o, mənə insanlarla birləşmək üçün bir vasitə hissi verir. Onun doktrinaları ilə razılaşa, xüsusilə kilsə ayinlərinə qoşula bilmərəm".

"Sarışın olmaq tamamilə fərqli bir ruhi vəziyyətdir. Bunu dəqiqliklə izah edə bilmərəm, amma sarışın olmaq inanılmaz seksuallıq qazandırır. Kişilər buna həqiqətən reaksiya verir. Açıq rəngli saçları sevirəm, bu, sizi həqiqətən başqa edir. Tünd saçlarda özümü daha çox tarazlaşdırılmış, açıq saçlarda isə daha az realist hiss edirəm".

"Anladım ki, əgər evdə sadəcə 1 vanna otağı varsa, deməli ailə həyatı uzun çəkməyəcək. Çünki tək olduğun zaman hamamdan kimisə qovmağa məcbur deyilsən".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1283   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22.04.2024 460
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 85
.

"Aldığın hədiyyədən, ailəndən bizə nə?" - Nazpəri

"Hər xanım öz şəxsiyyətini düşünməlidir. Xanım həyatında kimlərsə, nələrsə varsa, bacardığı qədər münasibəti gizli saxlasın. Qadın nə qədər gizli olsa, nə qədər şəxsi həyatında olan, hətta ailsəi ilə münasibəti gizli saxlasa yaxşıdır. Onlar xalqı maraqlandırmır. Şəxsiyyətini qoruyan qadın özün

22.04.2024 577
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

10:59 180
.

Hacı Şahinin oğurlanmış "YouTube" kanalı geri qaytarıldı

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi "YouTube" hesabı geri qaytarılıb. xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi "Facebook" səhifəsində məlumat verilib. "Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi "YouTube" kanalı ger

22.04.2024 406
.

Gəncədə 28 yaşlı oğlan intihar etdi

Gəncədə intihar hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin Xudatrəfibəyli küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yaşayan 28 yaşlı Məzahir Nuriyev atasına məxsus ov tüfəngindən atəş açmaqla özünü öldürüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. İntiharın səbəbləri məlum deyil

22.04.2024 373
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22.04.2024 708
.

"Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistana qarşı apardığımız mübarizədə qələbə qazandıq"-POLİTOLOQ

"Ermənistanın Tavuş bölgəsi ilə həmsərhəd Qazax rayonuna aid edilən 4 məlum kəndin Azərbaycana qaytarılması haqqında əldə edilmiş razılıqlar tərəflər arasında demarkasiya məsələlərinin həllində ilk ciddi uğurdur və bu uğura görə Azərbaycan heç şübhəsiz ki, son 20 ildə onun dövlət idarəediciliy

22.04.2024 225
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 262