Həyəcan, qorxu, gərginlik... - Bu əlamətlər varsa, MÜTLƏQ HƏKİMƏ GEDİN!

Həyəcan, qorxu, gərginlik... - Bu əlamətlər varsa, MÜTLƏQ HƏKİMƏ GEDİN!Həyəcan, qorxu, stress, gərginlik kimi anlayışlar insan həyatında həmişə problem yaradır.

Müasir dövrümüzdə bu anlayışlar sürətlə inkişaf etməkdədir. Bu inkişafın insan üçün müəyyən fiziki və psixoloji fəsadlar yaratması danılmazdır. Araşdırmalara görə, məlum anlayışlar insanda panik atakın yaranmasına yol açır.

Görəsən, panik atak nədir və qurtuluş yolu nədən keçir?

BiG.AZ xəbər verir ki,psixoloq Taryel Faziloğlu redaktor.az-a açıqlamasında bildirib ki, panik atak heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır:

"Panik atakın digər növü panik pozuntusudur. Panik pozuntusu bəlli bir travmaya bağlı olur. Bu travmanın təkrarlanma riski zamanı insanda ürək döyüntüsünün artması nəticəsində nəfəs darlığı yaşanır və insanda ölüm qorxusu yaranır. Məsələn, yol qəzası yaşamış bir şəxs avtomobilin bir qədər sürət həddini aşması zamanı həyəcanlanmağa başlayır və panik pozuntu yaşayır.

Panik atak isə qaynağı bəlli olmayan problemlərə bağlı olur. Panik atak simptomuna tərləmə, nəfəs darlığı və boğulma hissi, baş fırlanması, üşümə yaxud istilik basması, titrəmə, ürək bulanma və qarın ağrısı, ölüm qorxusu kimi əlamətlər daxildir. Panik atak daha çox psixoloji olur. Bəzən insan ürəyinin çırpındığını düşünür, amma yoxlanış zamanı nəbzin normal vurduğu müşahidə olunur. Bu baxımdan panik atak ruhi narahatlıq hesab olunur. Panik atakın yaranmasına monotonluq, gərginlik, yuxusuzluq, qeyri-sabit həyat tərzi də təsir edir.

Panik atak daha çox qadınlarda müşahidə olunur

Panik atak psixoloji imunitetin zəif olması zamanı baş verən ilk həyəcan siqnalıdır. Sinir sistemi həddindən artıq yüklənmiş istənilən yaşda olan şəxs panik atakdan əziyyət çəkə bilər. Lakin yeniyetməlik dövründə və 40-50 yaş civarında olan insanlarda daha çox rast gəlinir. Panik atandan qadınlar xüsusən əziyyət çəkir. Çünki qadınlar emosional və keçmişə bağlı düşüncə tərzinə sahibdirlər. Kişilər isə rasional və gələcəyə bağlı düşüncə tərzindədir.

İnsanın özbaşına panik atakdan qurtulması ehtimalı çox aşağıdır

Panika pozuntusunun müalicəsi asan və qısamüddətlidir. Panik atakda isə səbəb tam bəlli olmadığına görə, ümumi neytrallaşdırma formasında terapiya həyata keçirilməlidir. Daha sonra isə ölüm qorxusu və əsas təşviş pozuntularının səbəbi aydınlaşdırılmalıdır. Hər 100 nəfərdən 5-i panik atak vəziyyətindən çıxa bilər. Panik atak yaşayan insanlar mütləq şəkildə psixoloji dəstək almalıdır. Psixoloq dəstəyi nəticəsində həmin şəxslər narahatçılıqdan qurtula bilərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1845   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227