"Çılpaq fotolarımı sevgilimə yollayırdım, ona inanırdım" - Lüt fotoları yayılan qız danışdı

"Çılpaq fotolarımı sevgilimə yollayırdım, ona inanırdım" - Lüt fotoları yayılan qız danışdıİngiltərədə bir qəsəbədə yaşayan yüzlərlə qadına aid 7 min lüt foto eyni telefondan internetə sızdırılıb.

BiG.AZ xarici mətbuta istinadən xəbər verir ki, olanları həmin qəsəbədə yaşayan gənc bir qız təsadüf nəticəsində ifşa edib.

Belə ki, 20 yaşlı gənc qız özünün əvvəllər sevgilisinə yolladığı lüt fotolarını bir internet saytında görüb. Şok keçirən qız, digər şəkillərə baxarkən saytda 7 mindən çox çılpaq qız şəkli olduğunu görüb.

Dərhal polisə şikayət edən qız bunu keçmiş sevgilisinin ondan intiqam almaq üçün etdiyini bildirib:

" Gənc idim. Lüt şəkillərimi sevgilimə yollayırdım. Ona inanırdım. Amma ayrıldıqdan sonra şəkillərimi internetə sızdırıb".

Polis araşdırma zamanı bir telefondan yüklənmiş 942 qovluğa daxil olan 7.119 fotonu aşkarlayıb. Həmin şəxs axtarılır.

Səma


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6245   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş