Dubay əmirinin qaçaq arvadı ilə bağlı yeni məlumatlar – Sarışın oğlunun əsl atası axtarılır

Dubay əmirinin qaçaq arvadı ilə bağlı yeni məlumatlar – Sarışın oğlunun əsl atası axtarılırDubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl Məktumun İngiltərəyə qaçan 15 illik həyat yoldaşı şahzadə Hayanın ərini atması gündəmə bomba kimi düşüb. İndi başda İngiltərə mətbuatı olmaqla dünyanın tanınmış media qurumları bu olayın pərdə arxasındakı detalları araşdırmaqla məşğuldur.

Bir neçə gün öncə şahzadənin yasaq sevgi münasibəti yaşadığı ingilis cangüdənə görə ərini tərk etdiyi məlumatı yayılmışdı. Araşdırma nəticəsində ortaya çıxan daha bir detal isə ondan ibarətdir ki, bu, şahzadənin ilk qaçış cəhdi deyil. Bir neçə ay bundan öncə şahzadə Haya Dubaydan Almaniyaya qaçıb, hətta Almaniyaya sığınma xahişiı ilə müraciət edib. Amma onun bu istəyinə müsbət cavab verilmədiyi üçün şahzadə ölkəsinə geri qayıdıb. Ölkəsinə qayıdandan sonra şahzadə və cangüdəni arasındakı sevgi münasibətləri 69 yaşlı əmir tərəfindən öyrənilib. Məhz bundan sonra şahzadə ikinci dəfə qaçmağa cəhd edib və bu dəfə seçimi yaxın dostluqları və əlaqələri olan İngiltərə olub.

Şahzadənin qaçışı ilə bağlı Londonun Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi hər hansı açıqlama verməyi rədd edib. Səfirliyə görə, mövzu "iki nəfər arasında yaşanan şəxsi mövzudur".

Xatırladaq ki, Hayanın məhz Londonu qaçaq yer olaraq seçməsinin səbəbi isə sevgilisinin London mərkəzli bir təhlükəsizlik şirkəti olan UK Mission Enterprise Limited'ta çalışmasıdır. Bundan başqa, onun təhsil həyatını Londonda keçirməsi, bu şəhəri çox sevməsi, ona bələd olması da seçiminin digər səbəblərindəndir.

İngiltərə mediası bu günlərdə Şeyx Məhəmmədin İnstagram profilindən paylaşdığı bu şeiri arvadına həsr etdiyini yazmışdı. Şeirin başlığı belə idi: "Sevdin və öldün".

"Sən xain, sən ən dəyərli etibara xəyanət etdin və oynadığın oyun gün üzünə çıxdı.
Artıq mənim yanımda yerin yoxdur.
Kiminlə məşğulsansa, onun yanına get. Yaşaman və ya ölmən vecimə də deyil".

İngiltərə mediası eyni zamanda şahzadə Hayanın Dubay şeyxindən olduğu iddia edilən oğlunun şəkillərini də həssaslıqla təhlil edir. Həmin fotolardakı uşağın sarışın olması və şeyxə əsla bənzəməməsi onun "yasaq sevginin meyvəsi" olması ilə bağlı ehtimalları da gücləndirir. Amma sözügedən uşaq 2012-ci ildə doğulub və ehtimal edilir ki, onun atası şahzadə Hayanın həmin vaxtlarda münasibətdə olduğu keçmiş sevgilisidir. Həmin şəxs onun Oksford universitetində oxuduğu illərdə böyük eşq yaşadığı və münasibətlərini daha sonra da davam etdirdiyi sevgilisi ola bilər.

30 iyulda Londonda baş tutacaq məhkəmədə Dubay şeyxi və şahzadə Haya uşaqlarının valideynlik hüququn üçün qarşı-qarşıya gələcək.

Dubay şeyxinin digər arvadından olan qızı Lətifə də illər öncə qaçmağa cəhd edib, amma yaxalanaraq ölkəyə gətirilib. Həmin gündən etibarən onun öldü-qaldısı bilinmir. Həmin günlərdə Lətifə İnstaqram hesabında bir video paylaşıb. Video şahzadənin "Bu, çəkdiyim son video ola bilər" deməsi ilə başlayırdı. Şahzadə videonun davamında "şeytani" atasının tək önəm verdiyi şeyin etibarı olduğunu və etibarı üçün kimlərisə öldürə biləcəyini deyirdi.

Şahzadə Haya ibn Rəşid əl Məktumun altıncı arvadıdır. Bu qadının başqa bir özəlliyi də dünyada məşhur olan layihələrdə iştirak etməsidir. Belə ki, o, BMT layihələrində aktiv olaraq yer alıb, beynəlxalq ictimaiyyətdə gördüyü xeyriyyə işləri ilə tanınıb. Professional bir at minicisidir və 2000-ci ildə Dünya Olimpiadalarında İordaniyanı təmsil etmə haqqı qazanıb. Amma qaçış xəbərlərindən sonra ən çox səs-küyə səbəb olan məlumat onun İngiltərədəki Oksford universitenin məzunu olmasıdır. Şahzadə fəlsəfə, siyasət elmi və iqtisadiyyat fakültələrini ali dərəcə ilə bitirib. (Musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1261   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988