Whatsappda deyiləsi deyil, keç Teleqrama – Görəsən hansı daha TƏHLÜKƏLİDİR?

Whatsappda deyiləsi deyil, keç Teleqrama – Görəsən hansı daha TƏHLÜKƏLİDİR?Texnologiyanın inkşafı insanların həyatını həm asanlaşdırır, həm də çətinləşdirir. Belə ki, fiziki olaraq işlərimiz sadələşsə də, mənəvi olaraq yüklərimiz artır. Məsələn bütün sirlərimizi bilən ən yaxın dostumuz olan sosial şəbəkələrin təhlükəsizliyi bizdə suallar yaradır. Mesajlarımızı 3-cü tərəfə oxuya bilərmi? WhatsApp, yoxsa Teleqram hansı daha təhlükəsizdi? Nə vaxtsa bizim yazışmalar məhkəmə sübutu kimi istifadə oluna bilərmi və s.?

Olmasını ehtimal etdiyimiz bu şübhələr ilk olaraq söz azadlığımızı böyük təhlükə altına qoyur. Sonra isə mənəvi rahatlığımızı pozur, insanlarda paranoya (şübhəlilik) kimi psixoloji problemlər yaradır.

BiG.AZ ted.az-a istinadən bildirir ki, heç kimə sirr deyil ki, hazırda ölkəmizdə yazışmaq üçün ən çox istifadə olunan sosial şəbəkə WhatsAppdır. "Whatsapp" bütün dünyada məşhurdu, ona görə ki, onu hamı istifadə edir. O bu populyarlığı illər ərzində qazanıb və hal hazırda milyonlarla aktiv istifadəçi sayı ilə qürurlana bilir. Əlbəttə ki, "Whatsapp" həm təhlükəsizlik baxımından, həm keyfiyyət baxımından dəfələrlə ciddi tənqidlərə məruz qalıb, (Viberlə müqayisədə səsli mesajları çox zəifdir və s.) indi isə onun rəqibi olan Teleqram meydana gəlib.

Maraqlısı odur ki, insanlar özəl məsələlərini son zamanlar daha çox Teleqram üzərindən yazmağa etibar edir. Yəqin ki, sizə də kimsə deyib ki, "Whatsappda deyiləsi deyil, keç Teleqrama".

"Telegram" messencerinin yaradıcısı Pavel Durov "Facebook" şirkətinə məxsus olan "Whatsapp" messencerinin heç zaman təhlükəsiz olmayıb və olmayacağını iddia edir.

Təhlükəsizlik üzrə ekspert Thomas Boelter aşkar edib ki, şifrələmə kodlarının yenilənməsinə ehtiyac yarananda mesajları gizlincə oxumaq mümkün olur.

WhatsApp vasitəsilə göndərilən bəzi mesajları üçüncü tərəf oxuya bilər kimi fikirlər, sistem boşluğunun insanlar üzərində casusluq aparmağa imkan verməsindən narahatdırlar.

Pavel Durov qeyd edir ki, "Telegram"dan fərqli olaraq "Whatsapp"ın mənbə kodu bağlıdır və buna görə də kibertəhlükəsizlik üzrə kənar mütəxəssislər kodda "backdoor"ların olub-olmadıqlarını yoxlaya bilmirlər.

Durov təkcə "Whatsapp"ı deyil həm də "Facebook"la Instagram-ı da istifadə üçün təhlükəli hesab edir. O, "Facebook"un illərlə milyonlarla istifadəçi şifrələrinin şifrələnməmiş vəziyyətdə saxlanması qalmaqalanı xatırladaraq böyük texnoloji şirkətin bu cür səhv etməyə haqqı olmadığını deyir.

Təbii ki, bu iddialar sübut olunmayıb, sadəcə iddiadır. Ola bilsin ki, əsaslıdır. Lakin deyə bilərik ki, bu iddiaların əsaslı olub-olmadığına dair əllə tutulacaq, gözlə görüləcək heç bir dəlil yoxdur. Durovun bu iddialarını gücləndirən insanların şübhələridir. Bəlkə də Durov da, ona inananlar da haqlıdır...

Psixoloq Ruhəngiz Mehmanqızının sözlərinə görə, danışmaq istənilən halda riskdir: "İstər nəql et, istərsə də yaz. Haqqında danışdığınız adam bunu eşitsə narahat olacaqsınıza deməli riskli adam deyilsiniz. Bu narahatlıq insana əzab verir, gecə gündüz düşündürür. Görəsən onun yazışdığı sosial şəbəkə etibarlıdır ya yox, görəsən hansısa xaker bu informasiyaları əldə edə bilərmi və s. Bir sözlə real həyatda danışıb narahat olan insan, elə virtual mühitdə də yazıb sonra narahat olacaq, bu təhlükə olsa da, olmasa da".

Mütəxəssislərin fikirincə hər iki sosial şəbəkənin həm müsbət, həm mənfi tərəfləri var. Təhlükəsizlik məsələsinə gəldikdə isə bu günə qədər heç bir xakerin 3-cü tərəf olaraq bu məlumatları əldə etməsi faktı sübut olunmayıb. O ki, qaldı bu yazışmaların hüquq mühafizə orqanları tərəfindən əldə edilməsinə, bu resursları sistem idarəçiləri saxlanıldığından əldə etmək üçün yalnız onlara müraciət etmək lazımdır. Bu isə kifayət qədər ciddi əsaslar olduqda və terrorizm kimi ağır və xüsusilə ağır cinayətlərlə bağlı araşdırmalar üçün səlahiyyətli orqanlar tərəfindən sorğu daxil olduqda verilə bilər. Adətən bu sosial şəbəkələr müvafiq məhkəmə qərarı olmadıqda yazışmalarla bağlı məlumatı açıqlamır.

Söz ardı: "Whatsapp" profili açanda xırda hərflərlə, lupa ilə oxuncaq bir xeyli müdəllar çıxır qarşımıza. Bu müdəallar nədənsə adama kredit müddəalarını xatırladır: Oxumadan imzalayırıq. Sonra nəsə problem yarananda deyirlər ki, "bax biz burada yazmışıq. Siz də imzalamısınız". Gəlin oxuyaq sona imza qoyaq. Heç olmasa bu yolla başımıza nə gələcəyindən xəbərimiz olsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1591   Tarix: 07 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188