Bəslədiyi pişiklər həyatını xilas etdi

Bəslədiyi pişiklər həyatını xilas etdi
Bəslədiyi pişiklər həyatını xilas etdi.

Hadisə Türkiyənin paytaxtı Ankarada baş verib. Binada baş verən yanğın zamanı həyətindəki pişiklərin səs salması həm pişik sahibini, həm də qonşusunun həyatını xilas edib.

Bildirilir ki, Altındağ rayonu, Hacı Bayram məhəlləsi Uzunyol küçəsindəki bir binada məlum olmayan səbəbdən yanğın baş verib. Evdə tək yaşayan və yanğın zamanı yatdığı deyilən 80 yaşındakı Burxan Nacaksızı yanğın zamanı həyətindəki pişiklərin oyandırması onun həyatını xilas edib. B.Nacaksız yuxudan oyanan kimi qonşusu 79 yaşlı Ayşə Ərtürkü də yuxudan oyandıraraq bayıra çıxarıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Hazırda yanğının başvermə səbəbləri açıqlanır. (moderator)

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 585 Tarix: 07.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər