Evdə dondurma hazırlamağın ən rahat yolu - RESEPT

Evdə dondurma hazırlamağın ən rahat yolu - RESEPT
İlin hansı fəsli olursa olsun, dondurma öz aktuallığını itirmir. Lakin son illər təəssüf ki, satışda olan dondurmalar dad etibarilə ürəkaçan deyil.

Sizin üçün ləzzətli və asan başagələn dondurma resepti təqdim edirik. Həmçinin bu dondurmaların tərkibinə qida rəngləri qataraq daha zəngin görünüş əldə edə bilərsiniz.

Tərkibi:

4 ədəd yumurtanın ağı

1 stəkan şəkər tozu

1 ç/q vanil

200 qr qaymaq

1 çimdik duz

Hazırlanma qaydası:

Yumurtaların ağını sarısından ayırıb, ağının üzərinə duz səpib, 5 dəqiqə mikserlə çalırıq. Duz mayenin daha tez bərkiməyinə kömək edir. Üzərinə yavaş-yavaş vanil və şəkər tozunu da səpib, çalmağa davam edirik. Təxmini 15 dəqiqəyə beze tam hazır olacaq. Yoxlamaq üçün qabı əyə bilərsiniz. Əgər qarışım tökülmürsə demək hazırdır. Daha sonra qaymağı da əlavə edib, mikserlə 5 dəqiqə də qarışdırırıq. Hazır dondurmanın yarısını başqa bir qaba qoyub, kakao da əlavə edə bilərsiniz. Dondurmanı 3 saat dondurucuda saxladıqdan sonra yemək olar.(publika)

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1152 Tarix: 07.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Inturist
Inturist 07.07.2019
Tesekkurler. Maci


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər