"Balina" deyib xətrinə dəyirdilər - 60 kiloqram arıqladı - FOTO

"Balina" deyib xətrinə dəyirdilər - 60 kiloqram arıqladı - FOTO
Anasının arıqlamasını görən London sakini Karlin O`Donoxyu 60 kiloqram arıqlayıb.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, 7 yaşlı qızın sözlərinə görə, o, uzun müddət piylənmədən əziyyət çəkib. Vaxtı ilə onun çəkisi 140 kiloqrama çatıb. Küçədə Karlinin yanından keçən hər kəs ona "balina" deyirdi.

"Ölçülərimə görə özümü həmişə bədbəxt hiss edirdim, amma özümü hər şey qaydasındaymış kimi göstərirdim", - o, jurnalistlərə bildirib.

Anasının 50 kiloqram arıqladığını görən qız 2017-ci ilin yayında bədən quruluşunu dəyişmək qərarına gəlib. O, "fast-food"dan və başqa zərərli qidalardan imtina edib. Karlin daha çox meyvə və tərəvəzə üstünlük verməyə başlayıb. Bir il ərzində o, 25 kiloqram arıqlayıb. Qız bununla kifayətlənməyib yoluna davam edib.

Hazırda o, 78 kiloqramdır. O`Donoxyunun sözlərinə görə, o, bədən quruluşundan razıdır və özgüvəni artıb.

"Balina" deyib xətrinə dəyirdilər - 60 kiloqram arıqladı - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2275 Tarix: 07.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər