Qadın yaddaşını itirdi və 19-cu əsrə qayıtdı

Qadın yaddaşını itirdi və 19-cu əsrə qayıtdı
İngiltərənin Karlayl şəhərində qadın ensefalit xəstəliyinə tutulub və yaddaşını tamam itirib. 2016-cı ilin martında qripə yoluxduğunu düşünən Viki Harkness az sonra həyatının geridə qalanı haqda hər şeyi unudub.

BiG.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, ingilis qadın əvvəlcə Ayda olduğunu iddia edib. Sonra isə, ümumiyyətlə, keçmişə gedib, 19-cu əsrə qayıdıb. Həkimlər indi neçənci il olduğunu soruşanda o "1860-cı il" cavabını verib.

Dostları, yaxınları onun yaddaşını geri qaytarmağa çalışıb. Ona toyunda çəkilmiş şəkilləri göstəriblər. Amma Viki özünü 19-cu əsr adamı kimi aparır, gündəlik tutur, qəribə davranışı ilə hamını təəccübləndirirdi.

Viki danışır ki, hətta ayaqqabılarını necə bağlamaq, dişlərini yumaq vərdişlərini də yenidən öyrənməli olub. "Aclıq hiss etmirdim. Yalnız deyiləndə yeyirdim. Dəhşət idi", - Harkness belə xatırlayır.

Zamanla Vikinin yaddaşı özünə qayıtmağa başlayıb. O, idmanla məşğul olur, işləyir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 715 Tarix: 06.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər