Yalnız Azərbaycanda: Məhkəmə bələdiyyənin qərarını qanundan üstün tutdu

Yalnız Azərbaycanda: Məhkəmə bələdiyyənin qərarını qanundan üstün tutduXalq arasında "kupça" kimi tanınan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) tərəfindən verilən çıxarış əmlakla bağlı əməliyyatların rəsmiləşdirilməsi üçün ən yüksək və yekun əhəmiyyətli sənəddir. Bu sənəd bu və ya digər əmlakın konkret kimə məxsus olduğunu rəsmən təsdiqləyir. Yalnız məhkəmənin bu sənədi etibarsız hesab etməyə və ya dəyişdirməyə hüququ var. Amma məhkəmələr də, Azərbaycan təcrübəsində göründüyü kimi, bu məsələni elə şərh edir ki, xeyli sayda qeyri-müəyyənlik yaranır...

Sonxeber.az haqqin.az-a istinadla xəbər verir ki, Mədət Əhmədov 2017-ci ilin may ayında Nərmin Bəxtiyarova və Donara Əlibəylidən Bilgəh qəsəbəsində ümumi sahəsi 15 sot ərazini əhatə edən özəlləşdirilmiş bağ sahəsi alıb. Bu, Bakı ölçülərinə görə kiçik ərazi olsa da, Əhmədov üçün əsas məsələ hər şeyin qanunlar çərçivəsində olması idi. Notariusda müvafiq müqaviləni rəsmiləşdirdikdən sonra Əhmədov tezliklə kupçanı alır və bununla da "hər şeyin həll olunduğunu" düşünərək ərazini hasarlamağa başlayır. Həmin andan etibarən onun uğursuz macəraları başlayır.

Çətinliklə tikilən daş hasar Vasif İsmayılov tərəfindən uçurdulur. İsmayılov sahənin ona məxsus olduğunu və heç kimin burada özbaşına iş görməsinə icazə verməyəcəyini bildirir. O, sözlərinin daha da inandırıcı olduğunu göstərmək üçün Əhmədovun alqı-satqı müqaviləsinin, eləcə də daha əvvəl Yusifova və Əlibəyliyə verilmiş kupçaların əsassız olduğunun təsdiqlənməsi məqsədi ilə məhkəməyə müraciət edir. Özü də olduqca ciddi əsaslar gətirir. Belə ki, qəsəbə bələdiyyəsinin 2007-ci ildəki qərarı ilə torpaq ərazisi ona məxsusdur.

İlk baxışdan hər şey hüquqi tənzimləməyə uyğun gedirdi. Lakin burada kiçik bir "əmma" ortaya çıxır. Məlum olduğu kimi, Bilgəh qəsəbəsi Sabunçu rayonu ərazisində yerləşir, İsmayılov isə nədənsə iddianı Nizami rayon məhkəməsində qaldırıb. Kənardan elə də ciddi nöqsan kimi görünmür. Elə işə baxan hakim Elnur Nuriyev də belə düşünüb. Hərçənd o dəqiq bilməli idi ki, bu, prosessual qaydanın kobud şəkildə pozulması deməkdir və işə Sabunçu rayon məhkəməsində baxılmalı idi. Amma bu hal E.Nuriyevin V.İsmayılovun xeyrinə qərar qəbul etməsinə mane olmayıb. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi analoji qərar çıxarıb və qərar ardından Bakı Apellyasiya Məhkəməsi tərəfindən də təsdiq edilib.

Məsələyə bu yerdə nöqtə qoymaq olardı, amma ciddi bir "əmma" ortaya çıxıb. Məhkəmələr həqiqətən çox sayda sənədləri nəzərdən keçirib, müxtəlif orqanlara sorğular göndərib, kadastrı araşdırıb, ekspertlərin fikirlərini öyrənib...

Bu sənədlərin siyahısını sadalamaqla oxucunu yormaq istəmirik, xüsusən də sənədlərdə çox sayda anlaşılmaz detalların, bəzən isə ziddiyyətlərin olması fonunda. Ona görə də məsələni qısaca təsvir etmək istəyirik.

İş ondadır ki, Yusifova və Əlibəyliyə ərazi hələ 1996-cı ildə keçmiş Bakı Bağ Təsərrüfatı tərəfindən ayrılıb və onlar sahəni 2017-ci ildə özəlləşdiriblər. İsmayılov isə bu sahni (daha doğrusu bir sahəni) 2007-ci ildə bələdiyyədən alıb. Hər iki tərəfin bu gün istinad etdikləri sənədləri var. Aydındır ki, bələdiyyə torpaq sahəsini orada çoxdan heç kimin görünmədiyinə görə İsmayılova satıb. Eyni sözləri İsmayılov haqqında da demək olar. Əks halda, heç kim yaşayış olan yerdə hasar tikməyə başlamazdı, heç o ərazini satmaq da mümkün olmazdı. Tərəflər, sadəcə, bir-birinin mövcudluğundan xəbərsiz olublar. Bələdiyyə və DƏDRX isə müxtəlif vaxtlarda yalnız kağızları olan boş torpaq sahəsi üçün sənədlər verib.

Amma məhkəmənin qənaətinə əsasən, ləğv edilən bağ təsərrüfatının balansındakı torpaq sahələrinin mülkiyyətinə keçdiyi Bilgəh qəsəbəsinin bələdiyyəsi yenə də ərazinin satışından öncə "bağçılar"ın fikirlərini öyrənməli idi. Axı arxivlərdə onların ünvanlarını və telefon nömrələrini tapmaq elə də çətin deyil. Bəli, onlar özəlləşdirmə məsələsində gecikiblər, lakin onların da torpaq sahəsində müəyyən hüquqları olub. İndi isə qarışıb vəziyyət yaranıb və mövcud vəziyyətdə məhkəmədən ədalətli qərar gözləməyə dəyməz. Ondansa məhkəmə sistemində islahatların aparılması və ixtisaslaşmış məhkəmələrin fəaliyyət göstərməsi daha yaxşı olardı...


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 628   Tarix: 03 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567
.

Bu MESAJLAR dərhal silinməlidir - XƏBƏRDARLIQ

Telefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir. "Praym"ın məlumatına görə, bu barədə "Sinerqiya" Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib. Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların

27.08.2020 2020
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

"Hər gün yuxudan ayılanda..." Səkinə İsmayılova KÖVRƏLDİ

"Şöhrət" ordenli xalq artisti Səkinə İsmayılova -a müsahibə verib. Sənətkar son günlər ordumuzun əldə etdiyi qələbə xəbərlərinə hədsiz sevindiyini dilə gətirib. Bildirib ki, hər dəfə hansısa ərazimiz erməni işğalından azad ediləndə, sevincindən uşaq kimi ağlayır. "Ordumuzun uğurların

14.10.2020 1187
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587