"Dubayda SPİD-ə yoluxanda körpə qızım da yanımdaydı..."

İnsan alveri qurbanının tükürpədici hekayəti !

Bu, 18 yaşında ailə qurmuş, 20 yaşından isə fahişəliklə məşğul olan qadının öz dilindən eşidəcəyiniz acı həyat hekayəsidir... Tənhalıq və pulsuzluq yaşayan, SPİD dəhşəti görən, insanların qınaq obyekti olan 28 yaşlı Nərmin (ad şərtidir) həm də insan alverinin qurbanı olub.

10 il əvvəl əmimoğlu ilə ailə həyatı qurdum...

Əslimiz Tovuzdan olsa da, mən Mingəçevirdə doğulmuşam. Əmimgil isə Tovuzun kəndində yaşayırdılar. Atam məhkəmə-tibb ekspertizasının həkimi olub. O rəhmətə gedəndən sonra məni əmimoğlu ilə evləndirdilər. Əslində, biz bir-birimizi sevirdik. Onun anası yox idi, analığı da məni yola vermədi. Qızıma hamilə olan vaxt boşanıb, ata evinə gəldim. Tərslikdən, qardaşım da həmin vaxt əmim qızı, yəni mənim baldızımla evlənməyə hazırlaşırdı. Mən buna razı ola bilməzdim. Onlar mənə düşmən idilər. Anamgildən tələb etdim ki, evi satıb, mənə pul versinlər, özümə ev ala bilim. Ancaq onlar buna razı olmadılar. Dedilər, get, ərindən istə. Onlar da kənd evində yaşayırdılar. Həyat yoldaşım deyirdi, gəl, otağın birində sən yaşa. Birində də mən evlənib yaşayaram. Bunu da mən qəbul edə bilmirdim. İş o yerə çatdı ki, anamı məhkəməyə verib, qalib gəldim. Sonra anam və qardaşlarım ünvanlarını dəyişib, məni də atdılar. Bir otaqlı ev aldım. Ailəmlə də əlaqəm kəsildi. Çox sonralar öyrəndim ki, Bakıya köçüblər.

Pulsuzluq və kimsəsizlik əzabları başladı. Bu yola düşəcəyimi ağlıma belə gətirmirdim. Kim istəyər ki, hamı ona fahişə kimi baxsın. Xəstəxanada xadimə kimi işə düzəlmişdim. Ayda indiki pulla 6 manat əmək haqqı alırdım. Qızım da balaca idi. Bunun xəstələnməyi var, yeməyi var, paltarı var. O pulla da heç nə etmək olmurdu. Nə vaxta kimi qonşunun birindən çörək, birindən çay istəmək olar. Artıq heç kim qapını açmırdı.

Bir dəfə işdən qayıdırdım...

Gördüm cavan bir qız küçədə qalıb. Yazığım gəldi, həm də tək idim. Götürüb apardım evimə. Sonra həmin qıza zənglər gəlməyə başladı. Artıq şübhələnmişdim ki, bu düzgün yolda olan bir insan deyil. Mənə də pul lazım idi. Ona görə də başladım həmin qızı tanış oğlanlara satmağa. Sonradan mən tək yaşadığıma görə, qapımı döyməyə başladılar. Məcbur olub, mən də başladım bu işlə məşğul olmağa. Kafelərdə, barlarda işləyirdim.

Anamın da günahı oldu mənim bu işlə məşğul olmağımda. 20 yaşında məni atdı və heç vaxt da maraqlanmadı. O, mənə sahib çıxmalı idi. Amma mən anamdan həm insaflıyam, həm də qeyrətli. Nə olsun ki, fahişəliklə məşğulam? Mən heç vaxt qızımı küçələrdə atıb getmərəm.

O vaxtlar gənc idim, 20 yaşım var idi. Çox şeyi başa düşmürdüm. Ancaq indi çox peşmanam. Həmin vaxt səhvim çox olub. Elə olurdu, gündə 4-5 kişi ilə cinsi əlaqədə olurdum.

Bir qonşum var idi, Dubaydan satmaq üçün mallar gətirirdi. Bir gün mənə dedi ki, burda elə pul yoxdur, gedək Dubayda işlə. Mən həm gənc idim, həm savadsız, həm də tək. Ona görə də dərindən düşünə bilmirdim. Demişdi ki, orda yaxşı əməkhaqqı verirlər.

Qızımı da götürüb, getdim Dubaya.

Ora çatandan sonra bildim ki, nəyə gəlmişəm. O vaxta kimi deyirdi ki, satıcı işləyəcəksən. Bütün müsibətlər də bundan sonra başladı. Hər gün saysız-hesabsız müştərilərlə görüşdürürdülər. Bəzən yemək yeməyə belə halımız qalmırdı. Bir otaqda nə qədər cinsi əlaqə ilə məşğul olmaq olar? Bir ildən sonra SPİD xəstəliyinə yoluxdum. Həm körpə qızım yanımdaydı, həm də hamilə qalmışdım. Həkimə getmək lazım idi. Orda Tahirə adında bir həkim var idi. Ona çox yalvardım ki, mənə kömək eləsin. O da sağ olsun, kömək elədi. Bütün pulumu da ona verib, yenidən Azərbaycana gəldim. Ancaq orada mənim kimi saysız-hesabsız qızlar var. Onların axırı necə oldu, bilmədim. O xarabaya getdinsə, canını qurtarmaq mümkün deyil. Mən o zaman SPİD-ə yoluxduğuma görə sevinirdim. Xəstəliyimə görə qayıtmaq çətin olmadı. Deyirdilər, onsuz da öləcək, qoy getsin, bizə problem yaratmasın.

Müştərilərimizin arasında vəzifədə olan, məşhur insanlar da var. Bir neçə gün əvvəl nazirlik səviyyəsində olan bir adamla görüşmüşəm.

Adını deyə bilmərəm. Məşhur otellərdən birində ona və Rusiyadan gələn dostlarına qız çıxartmışdım. 6 min dollarlıq telefon işlədirdi. Sonra peşman oldum ki, niyə onlara yüksək qiymət demədim. Eləsindən çəkmək savabdır. Kasıbın qanını sümürürlər.

...Altı il idi nə anamı, nə də qardaşlarımı görmürdüm. Bir dəfə köhnə qonşuma rast gəldim.

Dedi ki, bizimkilərin yerini bilir. Suraxanıda olurlar. Evlərini də tanıyır. Bakıya işləməyə gələndə 1-2 ay onların evində qalıb. Mən ondan xahiş elədim ki, məni aparsın. Bakını tanımırdım axı. Soyuq, küləkli bir gün idi. Uzaqdan qapını mənə göstərdi, lakin qorxumdan qapını döyə bilmədim. Sonra qızımı rəfiqəmlə birgə gətirdim ki, onlar qapını döysünlər. Fikirləşdim, yəqin uşağa heç nə etməzlər. Elə də oldu. Mən uzaqda dayanıb, baxırdım. Gördüm anam qızımı qucaqlayıb, öpdü. Sonra mən də getdim.

Əlbəttə, anam da, qardaşlarım da kim olduğumu çox gözəl bilirlər. Ancaq üzə vurmurlar. Onlar fikirləşmirlər ki, 20 yaşında qız təkbaşına qalıbsa, nə isə etməlidir? Qızımı çox istəyirlər. Anam deyir, mən saxlayaram, sən də hərdən gəlib görərsən. İndi qızım anamın yanındadır. Bir də, hərənin çörək pulu bir yerdən çıxır. Kimi daşdan, kimi qələmdən, kim alverdən, mən də bu yolla qazanıram.

İndi yanımda 16-18 yaşında iki "qızım" var, onlara müştəri tapıram.

Çox gözəl qızlardır. Onlarla yaşayıram. Artıq özüm çox məşğul olmuram bu işlə. Amma onların ixtiyarı yoxdur ki, mənim tapdığım adamla məndən icazəsiz görüşsünlər. Hər sənətin qanunu var. Bu da bizim qanunumuzdur. Bunu pozanın cəzasını da veririk. Həmin qızların ataları da, anaları da dilənçidir. Onlar da bu işlə məşğul olurlar. İndi o qızlar valediyenlərinin yanına 30 min dollarlıq maşınla gedirlər. Mən bilirəm ki, bu, cinayətdir, ancaq məcburam.

İnsanların münasibətinin pis olduğunu aşkar görürəm və bu, məni əzir. Mən yayda açıq geyimlərə üstünlük verirəm. Nəyisə göstərmək lazımdır axı (gülür). Ancaq bəzən küçədə yaşlı qadınlar yaxınlaşıb, adamı təhqir edir. Bir dəfə də metoda saqqalı uzun, şalvarı gödək bir oğlan başladı məni təhqir eləməyə. Bunlar adama çox pis təsir edir.

Amma bi şeyi deyim, nə narkotikdən, nə də alkoqoldan istifadə etmirəm.
O cəhətdən ağıllıyam. Nə içirəm, nə də çəkirəm. Mənim tanıdığım qızlar var, iynəyə oturublar. Baxıram, bir gün ev, bir gün maşın, bir gün əşyalar gedir. Hamısı da o zəhrimara görə. Onları da bu işə cəlb edənlər var. Kimsə özünə xarici maşın alacaq, varlanacaq deyə bu qızlar ölməlidir. Amma qızlarda da günah çoxdur. İnsan güclü olmalıdır. Məni heç kim buna məcbur edə bilməz.

Bu işlə məşğul olmağıma peşman deyiləm.

Əlbəttə, mən də istəyərdim ailəm olsun. Ancaq olmadı. Həyat heç də biz istəyən kimi olmur axı. Amma anamı, qardaşlarımı tapmışam. Onlar tez-tez evimə gəlib-gedəcəklər. Mən də məcburam bu işi atım. Həm də artıq yaş öz işini görür. Həmişə bununla yaşamaq olmaz ki. Ancaq gəlir baxımından çox sərfəli bir işdir.

Arzularım da çoxdur. Amma ən böyük arzum

qızımın oxuması, yaxşı təhsil almasıdır. Mən də vaxtında oxuyub bir sənətə sahib olsaydım, bəlkə bu iyrənc həyatı yaşamazdım. Heç kəsə belə həyat arzulamıram. Bilirəm bu müsahibəni oxuyanda çoxları məni qınayacaq. Amma heç kim deməsin ki, onun başına belə şeylər gələ bilməz. Bu həyatda hər şeyin bir səbəbi var. Arzularımdan biri də odur ki, toya gedim. Hə, toya. İllərdir məclislərdə iştirak etməmişəm. İstəyirəm mənim də adıma dəvətnamə yazsınlar...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 14856   Tarix: 02 oktyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0