Şou Biznes

[img=default]uploads/1207143022_reqsaneninbacisi.jpg[/img]

RƏQSANƏNİN BACISINA 2 İL İŞ VERİLDİ ..Müğənninin anası isə şərti cəza aldı

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə müğənni Rəqsanənin bacısı Ellada İsmayılova və onun anası Adilə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ANS-press-ə verilən məlumata görə, hakim Eynulla Vəliyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Ellada İsmayılova 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun anası A.Həsənovaya isə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.
E.İsmayılovaya Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi), A.Həsənovaya isə CM-nin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil və ya cinayətkar təşkilat tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, Türkiyənin Bodrum 4-cü İnstansiya Cinayət Məhkəməsi oktyabrın 4-də E.İsmayılovaya qarşı irəli sürülən ittihamda konkret və qanuni sübutlar olmadığından onun barəsində bəraət hökmü çıxarıb. E.İsmayılovanın barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. A.Həsənova isə səhhətindəki problemlə əlaqədar ölkəni tərk etməməklə bağlı iltizam alındıqdan sonra zaminə buraxılıb. E.İsmayılova və A.Həsənova insan alverinin qurbanı olmuş bir qadının ifadəsi əsasında həbs edilib.

[img=default]uploads/1207143505_butov.jpg[/img]

RÖYANIN KONSERTİNDƏ TAMAŞAÇI QƏDƏR DƏ POLİS VARDI.. *15

Srağagün Heydər Əliyev adına İdman-Konsert Kompleksində müğənni Röyanın "Mən sizə göstərərəm" şou-konserti keçirildi. Qeyd edək ki, konsert vaxtından xeyli gec başladı. Bəzi tamaşaçılar güman etdi ki, yay vaxtına keçid konsertin təşkilatçılarını çaşqın salıb. Amma "Space-bazar"ın aparıcısı Tural Əsədov səhnəyə çıxaraq bildirdi ki, tamaşaçıları əyləndirən şou nümayiş etdirmək üçün Röya havanın qaralmasını istəyir.
Tamaşaçıların intizarına hava alatoranlaşdıqdan sonra son qoyuldu. Tural hayqırtıyla dedi: "Hazırlaşın, Röya gəlir". Sanki göy guruldadı, şimşək çaxdı, qaranlıq səhnədə gümüşü dalğalar kükrədi və Röya peyda oldu. "Bu gecə" mahnısını oxuduqdan sonra bənövşəyi geyimli Röya tamaşaçılarını salamladı. Dedi ki, 2006-cı ildən sonra ilk böyük konsertini verir.
Bir neçə yeni mahnı təqdim edən müğənni daha çox disko-mahnılara üstünlük verdi. Lakin nədənsə gənclər üçün ayrılmış diskoteka zalında olanlar rəqs etmədilər. Onu da qeyd edək ki, adətən Röyanın pərəstişkarlarının gənclər olmasına baxmayaraq tamaşaçılar arasında orta nəslin nümayəndələri üstünlük təşkil edirdi.
Röya "Səninəm" lirik mahnısını bəstəkar Emin Kərimlinin royalda müşayiətilə ifa etdi. Müğənni "Akademiya" mahnı yarışmasından tanınan "Qarabasma" qrupunun üzvlərindən biri və "Dəyirman" qrupu ilə birgə iki rep mahnı da oxudu.
Sonda səhnəyə "W-trio" qrupunun üzvləri timsalında Natəvan, Röya və Elnarə bir araya gələrək "Kimdir N1?" adlı yeni mahnı ifa etdilər. Qeyd edək ki, konsertin təşkilatçıları qabaqcadan xaricdən texniki avadanlıqlar və işıq qurğularının gətiriləcəyini vəd etsələr də, proqramda kifayət qədər texniki qüsurlar vardı.
Onu da bildirək ki, konsert zalı, demək olar ki, tamaşaçılarla dolmuşdu. Tədbirdə kifayət qədər polis və daxili qoşunların xüsusi təyinatlı dəstəsi də vardı. Bəzi tamaşaçılar bunu konsertə gələnlərin təhlükəsizliyinin təmin olunması ilə əlaqələndirdi.
Konsertdə Röya 17 mahnı oxudu. Müğənninin ifası xüsusi rəqslərlə müşayiət olundu. Tədbir boyu 4 geyimdə görünən Röya oriyental rəqs də etdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11458   Tarix: 03 aprel 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352