Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənirAzərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənirMalayziya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin bu ölkənin turizm şirkətləri ilə keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində Azərbaycana bu dost ölkədən gələn turistlərin sayı ilbəil artır.

Səfirlikdən verilən məlumata görə, Kuala-Lumpurda yerləşən "GM Travel House" şirkəti ilə aparılan danışıqlar nəticəsində Malayziyanın 220 turizm şirkəti tərəfindən hər birində 44 nəfər olmaqla 5 qrupun bu turizm mövsümündə Azərbaycana səfəri barədə razılıq əldə edilib. Bildirilir ki, həmin şirkətlərə Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən layihələr, müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumatlar, nəşr məhsulları çatdırılıb. Həmin nəşrlərdə ölkəmizin tarixi abidələri, müasir tikililəri, qədim mədəniyyəti, zəngin mətbəxi və görməli yerləri barədə informasiyalar öz əksini tapıb. Aparılan təbliğat və təşviqat işləri öz müsbət nəticəsini verib. Digər tərəfdən, əvvəlki illərdə Malayziyadan ölkəmizə təşkil edilən turizm turlarının uğurlu təşkili barədə məlumatlar da bu işdə mühüm rol oynayıb.

Bundan əlavə, Azərbaycanda təşkil edilən çoxsaylı idman yarışları, beynəlxalq tədbirlər ilə əlaqədar Malayziyada ölkəmizə olan maraq həddindən artıq çoxalıb. Səfirliyə Azərbaycana turizm turlarının təşkili ilə bağlı müraciətlərin sayının artmasında bu məsələ mühüm rol oynayır. Malay turistləri Qafqazı, xüsusən onun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanı yaxından tanımaq istəyirlər. Ölkəmizdəki ictimai-siyasi sabitlik onlara bu niyyətlərini rahatlıqla reallaşdırmağa imkan verir.

/azertag.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 3329   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naftalan sanatoriyası MDB-də ilk üçlüyə daxil oldu

Turizm portalı "TurStat" MDB məkanında istirahət və tibb sağlamlığı üçün nəzərdə tutulan kurortların reytinqini təqdim edib. Məlumatda bildirilir ki, rusiyalı turistlər payız fəslində, əsasən, Belarus, Azərbaycan və Qazaxıstana üz tuturlar:. "Belarusun Naroç gölü sahilində yerləşən kurortlar

20.11.2019 3698
.

Dubaya qayıdış

Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir. "The Green Planet" - meqapolisi

26.06.2019 3627
.

ABŞ-ın yenidən Ümumdünya Turizm Təşkilatına daxil olacağı bəyan edilib

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının iyunun 16-dan Bakıda keçirilən və bu gün başa çatan 110-cu sessiyasında ABŞ-ın yenidən quruma daxil olacağı bəyan edilib. "Report" xəbər verir ki, bu barədə ÜTT-nin baş katibi Zurab Pololikaşvili məlumat verib. "ABŞ 23 il bundan əvvə

26.06.2019 3193
.

Avia biletlərin satışı başlayıb

Artıq indi dünyanın istənilən şəhərinə səyahətinizi həyata keçirə bilərsiniz. Əvəllər bildiyiniz kimi Covid19 pandemiyasına görə bəzi uçuşlar ləğv olunmuşdu. Lakin indi yollar açıqdır. Avia bilet sifariş verib səyahət edə bilərsiz.Hətda yeni ili Balidə, Maldivdə keçirmək istəsəniz belə, bu artıq mümkündür

25.12.2020 4539
.

Gürcülər Azərbaycanı seçir - Ölkəmiz ikincidir

Gürcüstan vətəndaşlarının səyahət üçün üstünlük verdiyi ölkələrin adı açıqlanıb. -ın xəbərinə görə, Gürcüstanın Milli Statistika Xidməti 2019-cu ilin üçüncü rübünə aid məlumat yayıb. Məlumata əsasən, Azərbaycan bu ölkələr arasında ikinci pillədədir. Buraya gələn gürcü turistlər 16,8% təşkil edirlər

27.11.2019 4857
.

BAKI RUSİYALI TURİSTLƏR ÜÇÜN BATUMİNİ ƏVƏZ EDƏ BİLƏR

Rusiya Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinin Gürcüstana sərnişin daşımalarını qadağan edən fərman imzalayıb. Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunu çox ciddi risk qarşısında qoyur. Belə ki, hər il Rusiyadan Gürcüstana təxminən iki milyona yaxın turist gəlir v

26.06.2019 3010
.

Avropada turizm mövsümü açıq elan edilib - VİDEO

Avropa İttifaqı ölkələrində turizm mövsümü açıq elan edilib. "Euronews" xəbər verir ki, Avropa İttifaqı ölkələri daxilində səyahət üçün peyvənd pasportunun olması vacibdir. Qeyd olunur ki, bu qaydanın tam tətbiqinə iyun ayının ortasından başlanılacaq. İyun ayına qədər isə Avropa ölkələri vətəndaşlarını

12.05.2021 1904
.

Fuad Nağıyev "Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir"

"Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir". "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. "Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var

27.06.2019 2583