"Əhməd haradadır?"ın Əhmədi hardadır? - Bakıdan küsüb gedən sənətkarın faciəsi

"Əhməd haradadır?"ın Əhmədi hardadır? - Bakıdan küsüb gedən sənətkarın faciəsiTale deyilən nəsnə yaranışdan insanın əlində deyil, ola bilər ki, ağlınla hadisələrə cüzi təsir göstərib onu öz xeyrinə yönəldə biləsən, amma bütünlüklə heç nəyi dəyişə bilməzsən.

Əgər o sənin taleyindirsə, ağıl da taleyinə nə qədər düşübsə o qədərdir, sonradan hansısa xidmətlərinə görə artırılmır. Düzdür insan ömür boyu nəyisə dəyişməyə cəhdlər göstərir... amma yenə əvvəlcədən kodlaşdırılmış formada ömrü sona çatır.

Tanrının bütün yaratdıqları kimi qəhrəmanımız da Tanrının ona bəxş etdiyi əmanət ömrü kodlaşdırıldığı kimi yaşadı və...

"Əhməd hardadır?"ın qəhrəmanı

Səyavuş Şəfiyevdən danışacağıq. Onun qəribə olduğu qədər də maraqlı taleyindən. Bəlkə kimlərəsə bu ad heç nə demir, amma öz dövrünün çox populyar, sevilən şəxsiyyəti olub. Adı dillərdə gəzib, Bakıda, Moskvada.. Sovet məkanının kumirlərindən biri idi. Onu bir dəfə görmək üçün keçəcəyi küçədə saatlarla dayanıb gözləyənlər olardı. Bacıları deyir ki, evlərində telefon dəstəyi yerə düşməzdi, bəzən Siyavuş özü də bezib telefona gəlməzmiş.

Bizim nəsil isə Siyavuş Şəfiyevi kinolardan tanıyır. "Əhməd hardadır?"dan (Əhməd), "Uşaqlığın son gecəsi"ndən (Rüstəm) və "Nəsimi", "Nizami" kimi filmlərdə oynadığı epizodik rollardan.

Məhəmməd və Südabə Şəfiyevlərin ailəsində beş uşaq böyüyürdü. İki oğlan, üç qız. Böyüyü Siyavuş 1937-ci ildə, o vaxt onların ailələri kimi yüzlərlə ailənin repressiya xofu, ağrısı ilə yaşadığı vaxt dünyaya gəldi. Onda Məhəmməd Şəfiyev doğulduğu Cəbrayıl qəzasının Xanlıq kəndində rəhbər vəzifədə çalışırdı. (İndi həmin kənd işğalda inləyən Qubadlı rayon ərazisindədir) 1941-ci ildə onu cəbhəyə yollayırlar. Ayağından yara alıb ordudan tərxis olunan kapitanı Beyləqan rayonuna birinci katib göndərirlər. Siyavuş orda ibtidai sinfi bitirir. Bakıya köçmələri isə yenə Məhəmməd Şəfiyevin Mərkəzi Komitəyə şöbə müdiri təyin olunması ilə bağlı olur. Beləliklə, Siyavuş Şəfiyev Bakıda orta məktəbi bitirir. Ata-anasının arzusu bütün azərbaycanlı valideynlər kimi onu hüquqşünas, həkim görmək idi. Siyavuşun isə daxili dünyası başqa sənəti diktə edirdi. Hələ orta məktəbdə oxuyanda dram dərnəklərinə, idmana gedirdi. Həmyaşıdlarının qibtə etdiyi bədən quruluşu vardı. Hamı ona səhnə adamı üçün istedadı və görkəmi olduğunu deyirdi. Odur ki, Siyavuş valideynlərinin istəyinə zidd çıxıb sənədlərini Moskva Sirk Sənət Məktəbinə verir və qəbul olunur.

Elə orda da sirk fəaliyyətinə başlayır və sevilməyə başlayır. Uğur arxasınca uğur gəlir. Və maraqlıdır ki, Siyavuş Bakı üçün daha çox darıxır. Hər gün bu alqışları Bakıda qazanmağın həvəsi ilə yaşayır və bu istək onu geri, Bakıya çəkir. Gəlir, Azərbaycan Milli Sirk Kollektivinə qoşulur.

Valideynlər isə yavaş-yavaş onunla barışmalı olurlar. Siyavuş Şəfiyev Bakı Teatr İnstitutunun rejissorluq fakültəsində oxuya-oxuya sirkdə çalışır. İnstitutda isə Adil İsgəndərovdan dərs alır. Dəvət olunduğu "Koroğlu" filmində Koroğlu roluna sirk kollektivi ilə qastrola getdiyindən çəkilə bilmir. Amma ustadı Adil İsgəndərov "Əhməd haradadır?" filmində Əhməd rolunda ancaq onu gördüyündən qastroldan qayıtmasını gözləyir. Əhməd obrazına - qaraqaş, qaragöz, qamətli azərbaycanlı oğlu üçün Siyavuş ideal surət idi.

Qorxdu, iti zəncirlədilər

Adil İsgəndərovun onu çox tanınmış, peşəkar sənətkarlarla bir filmə çəkməsini Siyavuş Şəfiyev ömür boyu xoş hisslərlə xatırlayardı. Amma orda bəzi səhnələrdə çox çətinlik çəkdiyini də xatirələrində danışıb. İdmançı olduğuna görə, pəncərədən, hasardan tullanmağında problem olmayıb. Amma it üstünə gələndə çox qorxub. Hasardan atılanda üstünə gələn iti zəncirləməli olurlar ki, Siyavuş-Əhməd rahat çəkilə bilsin.

"Uşaqlığın son gecəsi" filmində isə Rüstəm Elyanı qucaqlayıb öpdüyü səhnə var. Rejissor nə qədər çalışırsa, Siyavuş Şəfiyev utanır və qızı öpməkdən imtina edir, axırda yalnız qucaqlaşma səhnəsi ilə razılaşmalı olurlar. Aktyor utandığından qızı öpmür.

Bu arada Siyavuş Şəfiyev daha bir hərəkəti ilə valideynlərinin ziddinə getmiş olur. Moskvada sevib-seçdiyi rus qızı ilə evlənib onu Bakıya gətirir. Anasından qorxduğundan gəlini nənəsinin yanında saxlayır, bir gün nənə gəlini də götürüb Siyavuşun ata-anasının yanına gətirir ki, gizli ailə qurulmaz. Siyavuşun inadını görən valideynlər yenə onunla razılaşmalı olurlar. Onların bir qızı da dünyaya gəlir. Siyavuşun isə həm milli sirk kollektivi, həm də Azərbaycan kinosunda şöhrəti birə-beş artırdı. Artıq əməkdar artist idi, amma mənzili yox idi. Hökumətə müraciət edir, baxırlar, amma ona evi mikrorayonda panel binada verirlər.

Siyavuş Şəfiyev imtina edir: "Mən ömür boyu Bakının mərkəzində yaşamışam, mikrorayonun heç yolunu tanımıram" – deyə incik düşür.

Oğlunun sındığını görən Südabə xanım çox narahatlıq keçirir və 1970-ci ilin noyabrın 25-də insult keçirir, beyninə qan sızan ana dünyasını dəyişir. Siyavuşun incik qəlbi daha bir yara alır. Ömründə yaşarmayan gözlərindən göz yaşları yanaqları boyu axır. Özünü anasının ölümündə günahkar hesab edir və içindən daman bir duyğu ilə "mən də belə öləcəm" deyir.

Onu döşəməyə yıxılmış tapdılar

Bu o dövr idi ki, Moskva sirk kollektivi Siyavuşu geri qaytarmaq üçün cəhdlər edirdi. Onu orda fəxri adla yanaşı, mənzil şəraiti, dünyaya çıxmaq imkanları gözləyirdi.

Ailəsini də götürüb gedir. Moskva Sirk Birliyinin baş rejissoru işləməyə başlayır. Moskva sirki ilə dünyanı gəzən Siyavuş Şəfiyev sevimli işi, ailəsi ilə bir yerdə olsa da, Bakıya qarşı içində qəribə bir nisgil vardı. Nə vaxtsa Bakıya qayıdacağı ümidi ilə yaşayırdı. Bacıları üçün də darıxırdı. Bir ayağı Fransa, İtalyada, biri Almaniyada dolaşır. Bir gün yenə rəhbərlik etdiyi sirk kollektivi ilə Fransanın Havr şəhərində imiş. Səhər hamı məşqə gəlib, Siyavuş Şəfiyev yoxdur. Çox məsuliyyətli adam olduğundan, həmişə hamıdan tez məşqə gəldiyindən yoldaşları təəccüblənirlər. Qaldığı mehmanxanadakı otağın qapısını açanda isə hamı şoka düşür. Siyavuş Şəfiyev döşəmənin üzərində huşsuz vəziyyətdə tapılır. İnsult keçirib, beyninə qan sızıb. Anası kimi.

Moskvada yaşayan bir qrup azərbaycanlı ziyalıların, o cümlədən Rüstəm İbrahimbəyov, Polad Bülbüloğlunun köməkliyi ilə Siyavuşun xanımı Lyubanı Fransaya göndərə bilirlər. Sonra da Siyavuş Şəfiyev Qızıl Ayparanın təyyarəsi ilə Moskvaya gətirilir. Bakıya gətirmək istəyirlər, Siyavuş Şəfiyev əl işarəsi ilə bu vəziyyətdə Bakıya getmək istəmədiyini başa salır. Bu onun arzusu deyildi, arzusu Bakıya başqa cür gəlmək idi.

Sənətkar düz doqquz il yataq xəstəsi kimi yaşayır. Bu illər ərzində xanımı, qız Cəmilə, bacıları növbə ilə ona qulluq edirlər. 2001-ci il noyabrın 25-də illər öncə anasını itirdiyi həmin gün ikinci insult onun əzablarına son qoyur. Vəsiyyətinə uyğun olaraq Siyavuş Şəfiyev Bakıya gətirilib doğma torpağına tapşırılır.

Cənazədə hamı vardı, doğmalar, dostlar, onu sevən, onun tanımadıqları belə. Bircə qızı Cəmilədən başqa. Amerikada yaşayan və ana olacağı günləri sayan Cəmiləni təyyarəyə minməyə qoymamışdılar. Qız atasının qəbir daşına yazılan bu misraları yazıb göndərə bilmişdi.

"Dostum, sevincim-fərəhim, fəxrim, idealım, yeganə sevdiyim atam, rahat uyu. Əbədi bizimləsən, qəlbimdəsən, səni heç unutmayacam. Həmişə olduğu kimi başım üzərində parlayan günəşimsən, sənin işığının şölələri altındayam. Səni çox sevən qızın və doğmaların".

Bu da belə bir tale idi. İnsanın dəyişməyə can atdığı, amma dəyişmək gücündə olmadığı tale. Necə kodlaşdırılmışdısa elə yaşadı və... getdi.

Epiloq

İndi Amerikada Siyavuşun qızı və əkiz nəvələri yaşayır. Hələlik ailəsində onun yolunu bacısı Gülçöhrə Şəfiyeva davam etdirir. Uzun illərdir ki, Heydər Əliyev adına Respublika sarayının baş rejissorudur. Başqa bir bacısı, bizimlə qardaşı haqda xatirələrini bölüşən Nazilə Şəfiyeva isə kardioloqdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4112   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 0
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259