Bakıda dönərdən kütləvi zəhərlənmə

Bakıda dönərdən kütləvi zəhərlənmə
Bakıdakı dönərxanalardan birində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Səhiyyə Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospekti 65 ünvanında yerləşən dönərxanada baş verib.

Bildirilib ki, zəhərlənmə diaqnozu ilə 5 nəfər kişi təcili tibbi yardım xidmətinə müraciət edib.

Onlardan ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var.

Zəhərlənən şəxslərdən ikisi 3 saylı Sabunçu Xəstəxanasına, üçü isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Müalicələri davam edir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 830 Tarix: 25.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Sensin
Sensin 26.06.2019
Ne mecburdu yemeyin de bir doner ki 1 m di ne bilirsiz ne etidi


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər