Parlamentdə əlbəyaxa dava - VİDEO

Parlamentdə əlbəyaxa dava - VİDEO

Gürcüstan parlamentində hakim “Gürcü Arzusu” və müxalif “Milli Hərəkat”, “Avropalı Gürcüstan” partiyalarının deputatları arasında qarşıdurma yaşanıb.

“Sputnik Gürcüstan”ın məlumatına görə, müxalif deputatlar birinci vitse-spiker Tamara Çuqoşvilidən aksiya iştirakçılarının tələblərini, o cümlədən, Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını müzakirə etməyi tələb ediblər.

Bəyanatdan sonra deputatlar bir-birinin ünvanına kəskin ifadələr səsləndirərək, əlbəyaxa davaya keçiblər.

Bundan sonra T.Çuqoşvili texniki fasilə elan edib və müxalif deputatlar etiraz əlaməti olaraq zalı tərk ediblər.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək, iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb və vəzifəsindən istefa verib.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 575 Tarix: 25.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər