"Əbülfəz Elçibəyə xəyanət edənlərin önündə Əli Kərimli dayanır" - DEPUTAT

"Əbülfəz Elçibəyə xəyanət edənlərin önündə Əli Kərimli dayanır" - DEPUTATAna Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı BiG.AZ-ın suallarını cavablandırıb.

- Fəzail bəy, sabah Azərbaycanda Silahlı Qüvvələr Gününü qeyd ediləcək. İstərdik ki, 1990-cı ilin ordusu ilə bu günü müqayisə edəsiniz?

- 1990-cı ilin əvvəllərində demək olar ki, nizami ordu yox idi və ordu əsasən könüllülərdən təşkil olunmuşdu. Onlara Xalq Cəbhəsinin batalionları da deyilirdi. Doğrudur, döyüşənlərin hər biri Vətən uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi yolunda qəhrəmancasına vuruşub, şəhid olurdular. Vətənpərvərlik, döyüş ruhu yüksək olsa da, təchizat olduqca zəif idi, döyüşlər arasında koordinasiya pis təşkil edilirdi. Vahid komandanlıq, peşəkar şəkildə təşkil olunan strategiya və taktika demək olar ki, yox səviyyəsindəydi. Milli Orduya diletant, hərbidən anlayışı olmayan, daha çox Qraçovun tapşırıqlarını həyata keçirən Rəhim Qazıyev rəhbərlik edirdi və s. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra, 1994-cu ildən başlayaraq ordu quruculuğuna start verildi və nizami ordunun yaradılmasının əsası qoyuldu. 2003-cü ildən ölkə başçısı seçilən İlham Əliyev son on beş ildi ordumuzu bütün parametrlərlə yüksək səviyyəyə qaldırdı. Artıq bu gün silahlı qüvvələrimiz dünyanın güclü orduları sırasındadı. Azərbaycan silahlı qüvvələri döyüş qabiliyyətinə və maddi-texniki təchizatına görə Cənubi Qafqazın ən güclü ordusu hesab edilir. Azərbaycan ayrı-ayrı ölkələrdən ən müasir silahları almaqla yanaşı, özü də müxtəlif təyinatlı silah istehsal edir. Bu da çox böyük göstəricidir. Xüsusi olaraq qeyd etmək istərdim ki, son illər ordumuzun döyüş qabiliyyətinin artırılmasında və gücləndirilməsində cənab prezidentimizin Müdafiə nazirliyində apardığı kadr islahatları ciddi rol oynamaqdadı. Zakir Həsənov Müdafiə naziri təyin ediləndən sonra silahlı qüvvələrimizin döyüş qabiliyyəti, vətənpərlik hissi və silah təchizatı xeyli artmış, zabit və əsgərlərimizin yaşayış şəraiti və sosial durumu köklü şəkildə yaxşılaşmışdır. Bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan ordusu istənilən tapşırığı layiqincə yetirmək gücündədi. 2016-cı ilin aprel döyüşləri ordumuzun potensialını bütün dünyaya nümayiş etdirdi. Kiçik dəstə ilə ermənilərə sarsıdıcı zərbə endirildi və bir sıra strateji yüksəkliklər və ərazimiz işğaldan azad olundu. Əlbətdə bütün bunlar ordumuzun gücünün göstəriciləridir.

- Bilirsiniz ki, bir çoxları iddia edir ki, Əbülfəz Elçibəy ətrafındakı insanların ona xəyanət etdiyini gördüyü üçün ulu öndərimiz Heydər Əliyevi Bakıya dəvət edib. Bu iddia nə qədər doğrudur?

- Ulu Öndər Heydər Əliyev 1987-ci ildə Moskvada Siyasi Bürodan istefa verdikdən sonra Kremlin onu təcrid etməsinə baxmayaraq bütün ruhu ilə Azərbaycana bağlı idi. Lakin onun Azərbaycana gəlməsinə imkan verilmirdi. Buna həm rəsmi Moskva, həm də Kremlin Azərbaycan canişini Ayaz Mütəllibov məqsədli şəkildə maneə olurdu. Çox böyük çətinliklə Bakıya qayıdan Ulu Öndərə paytaxtda yaşamağa imkan verilmədi və ölümlə hədələndi. Böyük təzyiq və təhdidlə o, Naxçıvana getmək məcburiyyətində qaldı. Bu məkrli hərəkətlərin drijoru Ayaz Mütəllibov idi. Naxçıvan onu böyük sevgilə qarşıladı. Az keçmədi ki, Ulu Öndər Naxçıvan Ali Məclisinin sədri seçildi və böyük siyasətə qayıdışın ilk addımı atıldı.

1991-ci ilin sentyabrında Naxçıvanda idim. Etiraf edim ki, şəxsiyyətinə böyük sevgi və rəğbət bəslədiyim Ulu Öndərlə görüşmək istəyim qarşısıalınmaz idi. Və bu görüş baş tutdu. Yarım saatdan çox söhbət etdik. Bakıdakı vəziyyətlə, ölkədəki siyasi durum, ayrı-ayrı adamlar haqqında maraqlandı, mən də düşündüyüm, bildiyim qədər ona məlumat verdim. O, mənə Əbülfəz Elçibəylə bərabər olmağı, tutduğumuz azadlıq mübarizəsindən geri çəkilməməyi tövsiyyə etdi. Ayrılanda mən Ulu Öndərə "xalqın və ölkənin nicatı üçün Sizə doğru uzanmış əllərini qəbul edin" xahişini etdim və onun qeyri-adi təbəssümü yaddaşımda əbədi həkk olundu.

Artıq Xocalı soyqırımı baş vermiş, Ayaz Mütəllibovun hakimiyyəti tam şəkildə sarsılmışdı. 1992-ci ilin martın 5-6-da ümum Bakı mitinqi Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırdı. Xalqın içərisində Heydər Əliyevin nüfuzu getdikcə yüksəlirdi. Demokratik Qüvvələr İctimai Birliyi bu baxımdan xüsusi olaraq fərqlənirdi. Onun 1992-ci il martın 9-da Xalq Cəbhəsinin qərargahında keçirilən yığıncağında ölkədəki durum müzakirə olunurdu. Müxtəlif rəylər söylənildi. Mən də tribunaya qalxaraq çıxış yolunun Heydər Əliyevin Bakıya dəvət edilməsində olduğunu əsaslandırdım. Cəbhənin gənclərindən olan Ülvi və Kamandar mənə qarşı sərt mövqe nümayiş etdirdilər. Təbii ki, onların cavabı verildi və mövqeyimi sonrakı illərdə də ardıcıl olaraq davam etdirdim. Ulu Öndərə rəğbət ümumxalq rəğbəti idi. Əbülfəz Elçibəyin Heydər Əliyevə münasibəti müsbət idi. Əbülfəz Elçibəyin ətrafında olan İsa Qəmbər, Hikmət Hacızadə, Tamerlan Qarayev, Tofiq Qasımov kimilərinin Heydər Əliyevə münasibəti neqativ idi və onlar Heydər Əliyev amilindən qorxurdular. Əbülfəz Elçibəy bir illik prezidentlik dövründə xalqına, dövlətinə sadiq oldu və hakimiyyəti idarə edə bilmədiyini dərk edərək şəxsi istəklərini xalqın maraqlarına qurban verməyi bacardı. Azərbaycanda iqtisadi, sosial, hümanitar, maliyyə, siyasi, hərbi böhran pik nöqtəyə çatmışdı. Ölkə idarə olunmaz vəziyyətdə idi. Kreml 1993-cü ildə yaranan ağır vəziyyətdən istifadə edib hakimiyyətə əlaltısı kimi Moskvada himayə etdiyi A.Mütəllibovu gətirmək üçün Surət Hüseynovu, Rəhim Qazıyevi, Əlikram Hümbətovu hərəkətə gətirdi. 4 iyun qiyamının başlıca məqsədi bir daha təkrar edirəm, Ayaz Mütəllibovu yenidən hakimiyyətə gətirmək idi. Əbülfəz Elçibəy anladı ki, artıq hakimiyyəti idarə edə bilmir. Kamandası onu eşitmir, özbaşınalıq baş alıb gedir və ən önəmlisi isə Moskvanın təhlükəli, Azərbaycanı Kremldən asılı vəziyyətə salan planları idi. Əbülfəz Elçibəy Azərbaycanı Mockvanın for-postuna çevrilməsinə imkan verməmək üçün və xüsusi olaraq xalqın qəti tələbini nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu Öndərimizin Bakıya siyasi hakimiyyətə gəlməsi ilə ölkəni fəlakətlərdən qurtulmaq üçün xalqımızda ümidi yarandı. Heydər Əliyev bu ümidləri doğrultdu və tək başına xalqla bərabər Azərbaycanı bəlalardan qurtardı. Xalqa xəyanət edənlər isə ömürlük həbsxana cəzasını aldılar.

"Əbülfəz Elçibəyə xəyanət edənlərin önündə Əli Kərimli dayanır" - DEPUTAT- Fəzail bəy Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət etməklə həm Moskvanın həm də ətrafındakı insanların düşmənçiliyini qazandı. Mətbuatda da hər zama Əbülfəz Elçibəyin Əli Kərimli tərəfindən zəhərlənərək öldürülməsi ilə bağlı xəbərlər gedib. Əbülfəz Elçibəy Əli Kərimli tərəfindən zəhərlənə bilərdimi?

- Əbülfəz Elçibəy Moskva üçün maraqlı deyildi. Çünki o, artıq hakimiyyətdən getmişdi. Moskva üçün ən böyük təhlükə Heydər Əliyev idi. Moskva yaxşı bilirdi ki, onlar Heydər Əliyevin qarşısında çox zəifdirlər. Onlar yaxşı dərk edirdilər ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlayacaq. Çünki Heydər Əliyev şəxsiyyətinə bələd idilər. Yelçin Heydər Əliyevin siyasi hakimiyyətini zəiflətmək və onu devirmək üçün Füzulinin və Ağdamın böyük hissəsi, Qubadlı, Cəbrayıl, Zəngilan Rusiyanın göndərdiyi zabitlərin və xüsusi təyinatlıların, hərbi texnikanın vasitəsilə işğal edildi. Niyyət yenə də Ayaz Mütəllibovu hakimiyyətə gətirmək idi. Bu plan da baş tutmadı. Çünki xalq Ulu Öndərimiz Heydər Əliyevə inanır, onun siyasətini dəstəkləyirdi. 1994-cü ilin əvvəllərində Ulu Öndərimizin xalqa çağırışılə ordumuz Füzulinin, Ağdamın müəyyən hissəsini işğaldan azad etdi. Moskvadan atəşkəs təşəbbüsü gəldi. Vəziyyətdən Ulu Öndərimiz böyük ustalıqla yararlandı və dövlət quruculuğu prosesinə başladı. Təbii ki, Heydər Əliyevlə barışmayanlar da var idi. Əbülfəz Elçibəyə xəyanət edənlərin önündə Əli Kərimli dayanır. Bunu rəhmətlik Elçibəyin vəfat etməsi ərəfəsində baş verənləri yada salmaq kifayətdi. 1998-ci il prezident seçkilərində Əbülfəz Elçibəyin müxalifətin vahid lider kimi qatılmasına isə İsa Qəmbər mane oldu.

- Bu gün bir çoxları iddia edir ki, torpaqlarımız 1990-cı illərdə hakimiyyətdə olan şəxslər tərəfindən satılıb. Həmin rayonlarda vuruşan əsgərlərimizə mərkəzdən heç bir köməyin edilməməsini də məhz bununla əlaqələndirirlər.

- Bu iddianın nə qədər doğru olmasını söyləmək mənə çətindi. Amma onu bilirəm ki, müəyyən qüvvələr Moskvanın oyunlarının içərisində idi. Onlar Moskvanın tapşırıqlarına uyğun addım atırdılar. Necə olurdu ki, Xankəndi ilə Şuşanın arasında olan minalar təmizlənmişdi. Minaların təmizlənmə tapşırığını Rəhim Qazıyev vermişdi. Minaların təmizlənməsindən dərhal sonra Xankəndində olan quldurlar Şuşaya hücum edib, oranı işğal etdirlər. Daha sonra Ermənistandan gələn qüvvələrlə birləşib Laçını ələ keçirdilər. Necə ola bilər ki, Ermənistanın işğalçı qüvvələrini və hərbi texnikasının Dağlıq Qarabağa gəlişinə imkan verməmək üçün Çorus-Laçın yolu partladılmadı? Nə üçün Xocalının dinc sakinləri və Xocalının məhdud saylı milis və yerli özünümüdafiə dəstəsi təpədən dırnağadək silahlanmış 366-cı motoatıcı alayı və ermənilərin baş kəsən vandallarılə üz-üzə qoyuldu, onlara köməklik göstərilmədi?! Bax, bütün bunlara aydınlıq gətirilməli, cavab verilməlidir!

- O dövrdə Türkiyəni də köməyə çağırmaq olmazdımı?

- Türkiyə o zaman Azərbaycana qarşı təcavüzə qarışmadı və hakimiyyətdə olanlar Azərbaycana kömək etmək istəmədi. 1915-ci ildə Osmanlı İmperiyası Azərbaycanın müstəqilliyini və soydaşlarımızı daşnak və bolşevik təcavüzündən xilas etdi. Lakin 90-cı illərin Türkiyə hakimiyyəti bu addımı atmadı. Turqut Özalın və digərlərinin cəsarətsizliyi, beynəlxalq qüvvələrdən qorxması bizi Rusiya-Ermənistan təcavüzü qarşısında yalqız qoydu.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
"Əbülfəz Elçibəyə xəyanət edənlərin önündə Əli Kərimli dayanır" - DEPUTAT"Əbülfəz Elçibəyə xəyanət edənlərin önündə Əli Kərimli dayanır" - DEPUTAT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5664   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610