Azərbaycan əsilli müğənnidən Ərdoğana: "Üzülmə… – FOTO

Azərbaycan əsilli müğənnidən Ərdoğana: "Üzülmə… – FOTO

Türkiyənin Azərbaycan əsilli müğənnisi Tuğba Ekinci dünən İstanbulda keçirilən bələdiyyə seçkiləri ilə bağlı ilginc açıqlama verib.

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqram hesabında yazıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu paylaşan Tuğba qeyd edib:

"İstanbulu itirsək də, böyük ürəkli prezidentim Rəcəb Tayyib Ərdoğan, üzülmə, sən dastan yazdın. Atadan, anadan zəngin deyildin, sıfırdan lider olmuş böyük bir insansan. Xalqın sevgisini qazanmısan, bu illər ərzində heç kim sənin partiyan qədər bu ölkənin problemlərini həll edə bilməzdi.

Rəis olmaq belə bir şeydir. Yaşamadan görə bilməyəcəklər, anlamayacaqlar, bundan arxayın ol. Allah xeyirə calasın, bu gedişatı heç bəyənmirəm, bu məni narahat edir".

Əlavə edək ki, İstanbulda keçirilən bələdiyyə seçkisində CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəlib. O, yarışda AKP-dan olan rəqibi Binəli Yıldırımı məğlub edib.
Azərbaycan əsilli müğənnidən Ərdoğana: "Üzülmə… – FOTO


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2295 Tarix: 24.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər