İtkin düşən fermer timsahın mədəsində tapıldı - DƏHŞƏTLİ FOTOlar

İtkin düşən fermer timsahın mədəsində tapıldı - DƏHŞƏTLİ FOTOlar

İndoneziyada itkin düşən bir fermerin timsahlara yem olduğu bildirilir.

BiG.AZ ölkə.az-a istinadən bildirir ki, kənd sakinləri tutduqları timsahın qarnını yarıb fermerin meyitini çıxarıblar.

Hadisə İndoneziyanın Riau əyalətində baş verib. Vartoyo adlı fermer qəflətən yoxa çıxıb. Yaxınları fermerin sonuncu dəfə görüldüyü Lakar çayında axtarışlara başlayıblar. Çayın sahilində uzanan bir timsahın yanında insan bədəninin parçalarını görüblər və fermerin timsaha yem olduğundan şübhələniblər. Kənd sakinləri timsahı tutub ağzını bağladıqdan sonra kəndə gətiriblər.

Timsahı öldürən və qarnını yaran kəndlilər fermerin meyiti ilə qarşılaşıblar. Məlum olub ki, onun bədəninin üst hissəsi tamamilə parçalanıb və sadəcə ayaqları qalıb.

Kəndin nümayəndəsi bildirib ki, çayda timsah çox olsa da, bu tip hadisələr nadir hallarda baş verir. Onlar timsah hücumunun bir cəza olduğuna inanırlar.

İtkin düşən fermer timsahın mədəsində tapıldı - DƏHŞƏTLİ FOTOlar

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1480 Tarix: 24.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər