"Eurovision"da kim nəyə səs verir? (Video)

Mahnı müsabiqəsində yarışan musiqi olsa da, səsverməyə siyasətin də təsirinin olduğu istisna edilmir

Bakıda keçirilən "Eurovision 2012" başa çatsa da, müsabiqə ətrafında söz-söhbətlər hələ bir müddət davam edəcək. Müzakirə mövzularından biri də müsabiqədə səslərin hansı prinsiplə verilməsidir. Mahnı müsabiqəsində yarışan musiqi olsa da, səsverməyə siyasətin də təsirinin olduğu istisna edilmir.

57 ildir ki, Avropanın bir nömrəli şousu olaraq özünə maraq cəlb edən "Eurovision" müsabiqəsinin əhatə dairəsi artdıqca, onun mahiyyəti ilə bağlı suallar da artır. Görəsən "Eurovision"da nəyə səs verirlər? Yaxşı musiqiyə, yoxsa yaxın qonşuya?

Məsələn, "Eurovision" araşdırmalar şəbəkəsinin direktoru Karen Friker BBC-yə müsahibəsində "Eurovision"u belə qiymətləndirib: "Eurovision" bir siyasətdir, amma yumşaq siyasət".

"Eurovision" yarışması ətrafında ilk siyasi qalmaqal hələ 1968-ci ildə yaranmışdı. O zaman aydın olmuşdu ki, general Franko öz ölkəsini qalib etmək üçün başqa Avropa ölkələrinin səslərini pulla alıb. Müşahidəçilər deyirlər ki, hazırda musabiqə iştirakçılarına səslər daha çox regional və milli prinsiplərlə verilir. Eyni zamanda, diaspor təşkilatları da burada əhəmiyyətli rol oynayır.
Məsələn, Balkan ölkələri əksər hallarda bir-birlərinə səs verirlər. Skandinaviya ölkələrində də eyni tendensiya müşahidə olunur. Amma bu il onlar Norveçə səs vermədi.

Amerikalı araşdırmaçı Tomas Qolts isə "Eurovision"un bir musiqi yarışması kimi vaxtı bitmiş hadisə adlandırır. Bu il müsabiqəni daha yaxından izləyən və səs göndərən Bakı sakinləri də yarışma ilə bağlı fərqli fikirdədirlər. Onlar arasında həm yaxşı musiqiyə, həm də yaxın qonşuya səs verənlər var.

Amma hər halda bu ilki finaldan öncə də bukmekerlərin qəti üstünlüyünü qazanan İsveç təmsilçisi Lorinin qələbəsi belə bir nəticəyə gəlməyə imkan verir ki, hər nə qədər siyasi çalar qatılsa da, 125 milyon insanın nəzərlərində olan böyük musiqi festivalında sonda qələbəni məhz yaxşı musiqi və performans qazana bilib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2760   Tarix: 30 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740