"Şamaxıdakı otellərə gizli eşq yaşamağa gedirlər"

"Şamaxıdakı otellərə gizli eşq yaşamağa gedirlər""Gürcüstanın Siqnaxi bölgəsində oldum, ümumiyyətlə, bu ölkədə 21 bölgə üzrə maraqlı marşrut təşkil edilib, turizm bütün ölkəyə yayılıb. Bu gün Tiflisə gələn turistlərin 59%-i bölgələrə də gedirlər. Beləliklə də turizmin gəlirini tək Tiflis yox, bütün ölkə yeyir".

Axşam.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli yazıb. O, kiçik şəhər olmasına baxmayaraq, Siqnaxinin illik gəlirinin 170 milyon dollar olduğunu bildirib:

"Siqnaxi Tiflisdən cəmi 110 km aralıda, dağların qoynunda yerləşir. Maraqlı tarixi abidələri, uydurulmuş hekəyələri var. Cəmi 1,5 saata Tiflisdən hər gün onlarla turist qrupu Siqnaxiyə gəlir, axşam isə əksəriyyəti Tiflisə dönür. Şəhərciyin tək gəlir yeri turizmdir - onlarla kafe, restoran, otel, hostel və kiçik ev tipli qonaqlama yerləri var.

Əhalinin tək işi turistlərə xidmət edib, nəsə satıb pul qazanmaqdır. Şəhərciyin turizmdən illik gəliri 170 milyon dollardan çoxdur. Açığı, cəmi 1 gün qalmalı yerdir, ikinci gün orda insanın canı sıxılar, amma biznes xalqa məxsusdur, turizmdən hər evə pay düşür deyə, şəhərcik inkişaf edib böyüyür, insanların rifahı yüksəlir".

N.Cəfərli yazısında Şamaxı və Siqnaxi şəhərlərini müqayisə edib:

"Şamaxı da Bakıdan cəmi 110 km aralıda, dağlar qoynunda yerləşir, qədim tarixi, əsl hekayə qurmağa təməli var. Gözəl tarixi abidələri olsa da, yiyəsi yoxdur. Söhbət yiyə olaraq hökumətdən getmir, zatən hökumət çalışır - yəni, şəhərin yiyəsi xalq deyil, turizm Siqnaxidə olduğu kimi xalq biznesinə çevrilməyib. Büdcə və korrupsiya puluna 1-2 qlamur otel tikiblər, çox zaman da otellər boş qalır, maksimum Bakıdan ora yaxın olduğu üçün gizli eşq yaşamağa bəzi cütlüklər gedir - vəssalam.

Abidələr var, Rəsədxana var, çalışmağa hazır əhali var - amma sistem zaydı, xalq turizm sektorunun sahibi, sahibkarı ola bilmir deyə, Şamaxı Siqnaxiyə 10:0 uduzur, halbuki azı 3:1 udmalı idi".

"Turizmin əlifbası paylaşmaqdır, hekayə quruculuğudur, rəqabətdir, kiçik sahibkarlığa dəstəkdir. Mərmərdən büdcə puluna otel tikib od qiymətinə satmaqla, lüləkababla, yerli əhaliyə sahibkar kimi deyil də, ancaq ucuz işçi qüvvəsi kimi baxmaqla turizmi inkişaf etdirmək olmur" deyə, Cəfərli sonda yazıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2774   Tarix: 23 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222