Səhv analiz cavabına görə kimlər cavab verməlidir? (Video)

Səhv analiz cavabına görə kimlər cavab verməlidir? (Video)Bəzən həttar kiçik bir ehtiyatsızlıq fatal nəticələrə gətirib çıxara bilər

Azar bezardan uzaq olun. Amma bu mərəz ki var, insanı yaxaladı, əlac qalır onunla mübarizəyə. Bu mübarizənin sonunda qələbənin kim tərəfindən qazanılması gözlənilməz də olur. Əsas mübarizə yollarının düz tapılmasıdır. Bəzən bir balaca ehtiyatsızlıq da fatal nəticələrə gətirib çıxara bilər.

Elə Məmmədovlar ailəsi də iddia edir ki, özəl klinikalardan birində həkimlərin ehtiyatsızlığı, analizlərin səhv verilməsi xəstənin vəziyyətinin ağırlaşmasına gətirib çıxarıb. Qarşı tərəfin də bu məsələdə öz arqumentləri var.

Səidə Məmmədova ötən il ürəyinə düşən mikrobdan qurtulmaq üçün İranda əməliyyat olunub. Ağır keçən əməliyyatdan sonra isə müalicəsini davam etdirmək üçün Bakıya qayıdıb. Paytaxtdakı "Bakı" klinikasında qanın duruluğunu göstərən "İnr" adlı qan analizi verib. Deyir ki, hələ ötən ilin avqustundan başlayaraq 9 ay müddətində adıçəkilən klinikada həmin qan analizini verib. Lakin hər dəfə analizlərin cavabının eyni olması Səidəni narahat edib. Çünki qəbul etdiyi dərmana görə onun qanı durulaşmalı idi. Klinikadan verilən analiz kağızlarında isə qan göstəricisi 1.3 -1.5 olub. Ona görə Səidə qanın duruluğunu artıran dərman preparatının dozasını artırıb. Bundan sonra isə şikayətçidə xoşagəlməz hallar yaranıb.

Səidənin həyat yoldaşı Nasir Məmmədov deyir ki, analizlərin cavabının dəyişməz olduğunu görüb başqa bir özəl klinikaya gediblər. Burada isə məlum olub ki, Səidənin "İnr" analizinin nəticəsi 3.12-dir, yəni norma həddi aşılıb. İndi gənc ailə 9 ay ardıcıl verilən analizin düzgün aparılmadığını və klinikanın məsələyə məsuliyyətsiz yanaşdığını iddia edir.

Şikayətlə bağlı "Bakı" klinikasına da getdik. Baş həkim Munisə Əliyeva bildirdi ki, nəticələrin düzgün olmamasına səbəb xəstənin qəbul etdiyi dərman preparatının dozasını artırması olub. Digər klinikalardakı laborator cavabların göstəricisinə gəldikdə isə baş həkim yalnız öz klinikasına cavabdeh olduğunu və heç bir səhvə yol verilmədiyini, məsələni yenə də dərman preparatının qəbulu ilə bağladı. Hər halda sağlamlığımızı qorumaq həm özümüzdən, həm də sağlamlığımızın qayğısına qalan həkimlərin məsuliyyətli işindən asılıdır.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2447   Tarix: 30 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

20:30 0
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

17:50 260
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

22:45 0
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

17:48 168
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

20:34 0
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 710
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

16:00 128
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

17:49 208
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

17:49 106