Qardaşını gəzintiyə aparmadılar: məzunu bıçaqladı

Qardaşını gəzintiyə aparmadılar: məzunu bıçaqladıKürdəmir rayonunda orta məktəblərdən birinin məzunu bıçaqlanıb.

BiG.AZ xəbər verir ki, bu barədə oxu.az-a Kürdəmir rayon Polis İdarəsindən məlumat verilib.

İyunun 19-da axşam saat 17 radələrində 18 yaşlı Yenikənd kənd sakini Mehdiyev Saməddin Natiq oğlunun qarın və bud nayihəsinə iki bıçaq zərbəsi endirilib. Cinayətkar hadisəni törətdikdən sonra qaçıb.

Hadisədə zərərçəkənin həmkəndlisi 23 yaşlı Nəsirov Samir Mahir oğlu şübhəli bilinir. İyunun 20-nə keçən gecə rayonun cinayət-axtarış şöbəsinin əməliyyatçıları onu saxlayıblar.

İlkin dindirilmə zamanı S.Nəsirov zərərçəkənlə arasında yaranmış münaqişənin səbəbini açıqlayıb. Onun bildirdiyinə görə, məzun olan kiçik qardaşının sinif yoldaşları qardaşını son zəng münasibətilə təşkil olunan kollektiv gəzintiyə aparmaqdan imtina edib.

Sinif yoldaşları S.Nəsirovun qardaşından pul alaraq "piknik"ə hazırlaşıb. Bundan xəbər tutan S.Nəsirov S.Mehdiyevlə görüşərək ona öz iradını bildirib. Söhbət əsnasında gərginlik yaranıb və S.Nəsirov bıçağa əl ataraq S.Mehdiyevə iki bıçaq zərbəsi endirib.

Zərərçəkən hazırda xəstəxanada ağır vəziyyətdədir.

Faktla bağlı CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qardaşını gəzintiyə aparmadılar: məzunu bıçaqladı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 424   Tarix: 20 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 199
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 255
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 457
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 583
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 252