Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı - fotolar

Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı - fotolar2013-cü ilin bu günlərində mətbuatda həmin dövrdə kənd təsərrüfatı naziri postunu tutan İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan Yunis Abbasovun 2 milyon dollarlıq malikanəsi müzakirə mövzusu idi. Bir neçə gün əvvəl mövzu yenidən gündəmə gəlib. Məlum olur ki, ötən müddət ərizində Abbasovların Londondakı mülklərinin sayı da, qiyməti də artıb. Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır.

6 il əvvəl Azərbaycan mətbuatında "Azərbaycanlı nazir oğlunun Londonda 2 milyonluq mülkü aşkarlandı" başlıqlı yazı dərc olundu. Xəbər Britaniyadakı səhih qaynaqlara əsaslanır və müvafiq fotoşəkillərlə müşayiət olunurdu. Məlumatda deyilirdi ki, Yunis Abbasov hələ 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli iki mərtəbədən ibarət böyük və lüks bir malikanə alıb. Nazir oğlu bu mülk üçün hələ o zaman 1,4 milyon funt-sterlinq (2 milyon dollar) ödəyib, indi isə onun dəyəri daha yüksəkdir.

BiG.AZ Yeni-Müsavat-a istinadən xəbər verir ki, Abbasovların mal-mülkü haqda son məlumatları araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı - fotolar- 2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri işləmiş, kəndlinin və aqrar sahənin belini qırmış, bu azmış kimi, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini vəzifəsini icra etmiş İsmət Abbasovun izini-tozunu görən varmı? Keçmiş nazir zamanında çox zirək tərpənib. Adam ötən il vəzifədən uzaqlaşdırıldığı ərəfədə ölkədən nə az, nə çox 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb.

1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu il noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Sənədlərdə şirkətin qeydiyyat ünvanı "19 Edinburgh Drive, Staines-Upon-Thames, England" olaraq göstərilir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.

Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı - fotolarKeçmiş nazirin oğlu hələ atası ölkənin mühüm postlarından birində ikən İngiltərə vətəndaşlığını alıb. İsmət Abbasov dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan subsidiyaları talayıb, Britaniya vətəndaşı olan oğlu Londona daşıyıb. 2018-ci il martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə, keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.

Yunis Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED keçmiş nazir oğlunun yeganə şirkəti deyil. Bu şirkəti qeydiyyatdan keçirdikdən cəmi 4 ay sonra, 2010-cu il martın 2-də Yunis Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açmışdı. Şirkət Londonda "Aston House Cornwall Avenue"də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb.

Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı - fotolarKAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini - AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.

Yunis Abbasov 2013-cü ildə Londonda 2 milyonluq mənzili üzə çıxanda mətbuatdan qaçmamışdı. Demişdi ki, həmin mənzili 2006-cı ildə alıblar. Əlavə etmişdi ki, ailəsinin hələ 1991-ci ildən Londonda evi olub. Yunis Abbasov həmin mənzilin alınmasında bacısının sağlamlıq problemlərinin rol aldığını açıqlamışdı. Demişdi ki, Londonda ev almalarını bacısının xəstəliyi və əməliyyatına görə ailəsinin tez-tez Böyük Britaniyaya getməsi ilə əlaqəlidir: "O zaman Azərbaycanda bacımın müalicəsi mümkün deyildi və bacım Londonda həkimlərin nəzarətində saxlanılırdı. Atam həmin dövrdə Azərbaycana gələn, burada iş qurmaq istəyən neft şirkətləri ilə Böyük Britaniyada tanış olmuşdu və dostluq əlaqələri qurmuşdu. Onların məsləhəti və vasitəçiliyi ilə Londonda ev almışdı".

Yunis Abbasov mənzilin alınmasının Böyük Britaniya qanunlarına tam uyğun həyata keçirildiyini də demişdi. Sitat: "2006-cı ildə alınan mənzilin puluna gəlincə, o 1991-ci ildən sahib olduğumuz və baha qiymətə satılmış evin vəsaiti ilə alınıb. Bura bizim Londonda olmadığımız təxminən 10 ildə toplanmış icarə haqqı da daxildir. Bunları üst-üstə gələndə, mənzil alınandan sonra mənim ilk biznesə başlamağım üçün əlavə vəsait də yaranmışdı".

Maraqlıdır ki, Yunis Abbasov bu dəfə əmlak siyahısı yayılandan sonra susmağa üstünlük verib...


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1461   Tarix: 20 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079
.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Afaq Gəncəlidən göz oxşayan YENİ FOTOLAR

Tanınmış aparıcı Afaq Gəncəli sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı "Instagram" hesabında yeni fotolarını paylaşıb. Aparıcının fotolarına izləyicilər tərəfindən çoxsaylı bəyəni və təriflər gəlib. Həmin fotoları təqdim edirik:

27.02.2021 4603
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587