Azərbaycanlı "iş adamları"nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Azərbaycanlı "iş adamları"nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlərDağıstanda bir neçə Azərbaycan vətəndaşı köləyə çevrilib. Üstəlik, bunu edənlər elə həmvətənləri olub. DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi qanunsuz azadlıqdan məhrumetmə və icbari əməyə cəlb etmə maddələri üzrə cinayət işi açıb.

Bu barədə Azərbaycan Respublikası DİN-dən məlumat verilib.

Hazırda fakt üzrə araşdırma aparılır, Azərbaycan vətəndaşlarının xarici dövlətin ərazisində istismarında iştirak etmiş şəxslərin əhatə dairəsi müəyyən edilir. Şübhəli şəxslərin saxlanılaraq, məsuliyyətə cəlb olunması üçün Dağıstanın hüquq-mühafizə orqanları ilə danışıqlar aparılır.

DİN-dən bildiriblər ki, istintaqın davam etməsi ilə əlaqədar araşdırmanın təfsilatları barədə məlumat verə bilməzlər, bununla belə, cinayətdə təqsirli olan hər kəsin cəzalandırılacağını söyləyiblər.

Bu arada, Bakı sakini Elşad Ağayev Oxu.Az-a istismarçıların Dağıstanda azərbaycanlıların başına hansı oyunlar açdıqlarından danışıb. Köləlikdən qaçmağa nail olmuş azərbaycanlılardan biri E.Ağayevin qohumudur. O, Ağayevə cinayətkar qrupun tələsinə necə düşdüyünü və köləlikdə olarkən onunla necə davrandıqlarını danışıb.

1965-ci il təvəllüdlü Hadıyev Sevdiyar Muxtar oğlu Lerik rayonunun Piran kəndinin sakinidir. Bir neçə cəhddən sonra əsarətdən qaçmağı bacarıb. Azərbaycana geri dönər-dönməz DİN-ə şikayət ərizəsi ilə müraciət edib.

10 iyul 2018-ci ildə işsiz S.Hadıyevə Lənkəran rayonundan olan qohumu Vidadi Mirzəcanov yaxınlaşıb. O, bir nəfərin məşğulluq sahəsində çalışdığını və ürəyi istəsə, onu həmin kişi ilə tanış edə biləcəyini söyləyib.

S.Hadıyev həmin vaxt işə çox ehtiyacı olduğundan razılıq verib. İyulun 16-da Mirzəcanov həmin şəxslə görüşüb və sonuncu növbəti gün Hadıyevin Bakıya gəlməsini istəyib.

İyulun 18-də metronun "Koroğlu" stansiyasının qarşısında S.Hadıyevi "90 TU 367" nömrə nişanlı, "Opel" markalı maşında Tahir H. (redaksiyada bütün şübhəlilər barədə şəxsi məlumatlar olsa da, istintaqın davam etməsini nəzərə alaraq, adlar şərti verilir – red.) qarşılayıb.

"O, Sevdiyarı maşına əyləşməyə dəvət edib. Orada tanış olublar, sürücü Tərlan N. adlı biznes şərikinin olduğunu və birlikdə Mahaçqalanın "Uçxoz" məhəlləsində yerləşən fermada 10 tərəvəz istixanasına sahib olduqlarını söyləyir.

Tahir H. bildirib ki, S.Hadıyev aya 20 min rubl (533 manat) maaşa razılaşsa, onu özü ilə apara bilər. Onlar elə həmin gün Azərbaycan-Rusiya sərhədini keçiblər", - deyə E.Ağayev bildirib.

Yolda olanda Tahir H. mütəmadi olaraq Azərbaycandan Dağıstana (Mahaçqalaya) fəhlələr daşıdığını dilə gətirib. Təyinat nöqtəsinə çatdıqdan sonra Tahir H. fəhləni öz şəriki ilə tanış edib və müvəqqəti yaşayış qeydiyyatına salmaq bəhanəsi ilə onun pasportunu alıb. Ancaq nə Hadıyevin pasportu qaytarılıb, nə də onu yaşayış qeydiyyatına salıblar. Bundan başqa, S.Hadıyevin mobil telefonunu da əlindən alıblar.

Artıq bir neçə gündən sonra "işəgötürənlər"in azərbaycanlıya olan münasibəti dəyişib. Qeyd edək ki, şəriklərin xiyar və pomidorun yetişdirildiyi istixanalarında Hadıyevdən başqa, bir neçə azərbaycanlı da olub. Onlar ağır şəraitdə yaşayıb. Fəhlələr harada gəldi yatıb, onlara ən adi çarpayı belə verilməyib. "Əsirləri" faktiki olaraq ac saxlayıblar.

Başqa bir zərərçəkən - Səlahət Yasubovun polisə təqdim etdiyi şikayət ərizəsinə görə, onları hər gün 04:00-da oyadıblar. İş saat 05:00-da başlayıb və axşam 21:00-a kimi davam edib. Saat 12:00-da (günorta) fəhlələrə şirinçay və çörək, axşam saat 20:00-da isə qaynadılmış kartof veriblər. "Sözə baxmayan əsirləri" döyüblər.

S.Yasubovun dişlərini sındırıblar. İstixana hüdudlarından kənara heç kim çıxa bilməyib. Ərazini iki çoban iti mühafizə edib. Nadir hallarda əsirlərə mobil telefon verib, nəzarətçinin qarşısında ailələləri ilə əlaqə saxlamalarına (sağ-salamat olduqlarını bildirmək üçün) icazə veriblər. Aydın məsələdir ki, onlara heç bir məvacib verməyiblər.

S.Hadıyev dörd ay on gün ağır şəraitdə işləyib və yaşayıb. Noyabrın 18-də o, qaçmaq üçün pasportunu götürməyə cəhd edib, ancaq çoban iti onun üzərinə atılaraq əlini ağır yaralayıb.

Nəyahət, noyabrın 29-da fürsətdən istifadə edərək, dörd metrlik hasarı aşaraq qaçıb. Yolda o, polis əməkdaşına rast gəlib və başına gələnləri ona danışıb. Hadıyevə kömək etmək üçün asayiş keşikçisi onunla fermaya qayıdıb. Yarım saat ərzinə polis əməkdaş Tərlan N. ilə söhbət aparıb. Hüquq-mühafizə orqanı əməkdaşı köləlikdən qaçmış Hadıyevin pasportunu fermerdən almağa nail olur.

Polis əməkdaşı ona Azərbaycana qayıtmağı və oradan istismarçılardan yerli hüquq-mühafizə orqanlarına şikayət etməyi tövsiyə edib. Ancaq Tahir H. Hadıyevin içində olduğu avtobusa çataraq onu saxladıb. Sonuncu onun avtomobilə minməsini xahiş edib, onunla söhbət etmək istədiyini bildirib. Ona Bakıya çatan kimi 80 min rubl verəcəyini and-aman edib, polisə şikayət etməməsi üçün yalvarıb. S.Hadıyev onun sözlərinə inanıb.

Tahir H. yolüstü sərnişinlər toplayaraq, onlarla birlikdə Hadıyevi Bakıya çatdırıb. Ancaq zərərçəkəni yenə aldadıblar. Tahir H. ona vəd etdiyi pulu vermir. Burada köləlikdən qaçmış Hadıyev Elşad Ağayevlə əlaqə yaradıb, sonuncu onu evinə çatdırıb.

Bir neçə gündən sonra S.Hadıyevə poçtla beş min rubl göndərilir. Əmək istismarına məruz qalmış zərərçəkən hazırda günahkarların cinayət məsuliyyətinə cəlb edilməsini və 75 min rubl məbləğində pulun tutularaq, ona təzminat şəklində verilməsini tələb edir.

"Zərərçəkənlər iddia edir ki, qrup dörd nəfərdən ibarətdir və hər birinin öz funskiyası var. Göyçaylı Tərlan N. biznesi idarə edir. Tahir H. müəssisəni kölələrlə təmin edir. Başqa bir göyçaylı - Sarvan isə fermada işçilərə və onların qaçmamasına nəzarət edib. Bundan başqa, bir qadın da olub, onun adı hələlik bizə məlum deyil, yalnız o məlumdur ki, qadın təsərrüfatın mühasibat işlərinə cavabdeh olub", - deyə mənbə bildirib.

Bu arada, Səlahət Yasubov köləlikdən 12 sentyabr 2018-ci ildə qaça bilib. Zərərçəkənin sözlərinə görə, fermada onunla Ucar rayonundan olan bir neçə fəhlə çalışıb. S.Yasubov S.Hadıyevdən fərqli olaraq, öz pasportunu ələ keçirə bilib.

Qeyd edək ki, S.Yasubovun ifadəsi onunla həmdərd olan Hadıyevin polisə təqdim etdiyi şikayət ərizəsində yazılanlarla üst-üstə düşür. Hər ikisi bildirib ki, onlara az qala İkinci Dünya Müharibəsi dövründə konsentrasiya düşərgələrində saxlanılan əsirlər kimi, bəlkə də, daha pis münasibət göstəriblər.

Elşad Ağayevin sözlərinə inansaq, istintaqın Mahaçqala fermalarında istismara məruz qalmış doqquz azərbaycanlı "kölə" barədə məlumatı var.

"Biz yalnız onu istəyirik ki, bütün cinayətkarlar qanun çərçivəsində ən sərt şəkildə cəzalandırılsın. XXI əsrdə yaşayırıq, amma köləlik hələ də çiçəklənməkdədir", - deyə E.Ağayev söyləyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1166   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 161
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 119
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24.04.2024 268
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 304
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 237
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

24.04.2024 547
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1573
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 301
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 279