"Çox yaşamaq istəyirsizsə, Allaha ibadət edin və içki için" - 116 yaşlı qadın

"Çox yaşamaq istəyirsizsə, Allaha ibadət edin və içki için" - 116 yaşlı qadın
Avropanın ən yaşlı qadın sakini Cuzeppina Robuççi İtaliyada dünyasını dəyişib.

Cuzeppina Robuççi 116 yaşında həyatla vidalaşıb. İtalyan qadın valideynlərinin Poco-İmperialedəki evində gözlərini əbədi yumub.

Medicina.az xəbər verir ki, Cuzeppina Robuççi həmin şəhərin fəxri meri sayılırdı. O, bu ada 2012-ci ildə bu layiq görülüb.

Robuççi həm də dünyanın ən yaşlı ikinci qadını idi. Yapon Kane Tanaka kimi o da 1903-cü ildə doğulmuşdu. Sadəcə, Tanaka yanvarın 2-də, Robuççi isə martın 20-də dünyaya gəlib.

Poco-İmperialenin meri Alfonso D’Aloizio deyir: "Təəssüf içindəyik. Biz belə bir insanın şəhərimizdə yaşaması ilə fəxr edirik”.

Cuzeppina hər iki dünya müharibəsini görmüşdü. O, uzun illər əri ilə birlikdə trattoriyada işləyib. Cuzeppinanın 5 övladı, 9 nəvəsi, 16 nəticəsi qalıb.

Robuççi ömrü boyu üç sadə qaydaya əməl edib. O, uzunömürlülüyün sirrini sağlam qidalanmada, Allaha inamda və alkoqoldan imtina etməkdə görürdü.

C. Robbuçi 1903-cü il martın 20-də anadan olub. Onun 5 övladı, 9 nəvəsi və 16 nəticəsi var. Cuzeppinanın həyat yoldaşı 1985-ci ildə dünyasını dəyişib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1652 Tarix: 19.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Dojmen
Dojmen 20.06.2019
həm yazıbsınız deyir içki içsinlər həmdə yazıbsınız içkidən imtina eləsin! Bir mövzunu düz əməlli yaza bilmirsiniz!


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər