"Qarabağ alınana qədər qarabağlıyam" – Meyxana ustadından hər kəsə örnək yanaşma!

"Qarabağ alınana qədər qarabağlıyam" – Meyxana ustadından hər kəsə örnək yanaşma!Meyxana sənətinin şifali xalq ədəbiyyatının qədim və özünəməxsus növlərindən biri olduğu hər kəsə məlumdur. Sovet dönəminin yasaqları, qadağaları çərçivəsində belə yaşayan, öz varlığını davam etdirən meyxanadan hətta II Dünya Müharibəsi zamanı düşmənə qarşı təbliğat vasitəsi və gənclərdə mübarizə əhval-ruhiyyəsinin yüksəldilməsi məqsədi üçün istifadə edilib. Məşhur "Bizim Cəbiş müəllim" filmində gənc meyxanaçıların faşist Almaniyası haqqında dediyi meyxana da, sovet rejiminin təbliğati vasitə kimi meyxanaya verdiyi rolun önəmini göstərir.

Sevindiricidir ki, bu gün də ustad meyxanaçılar tərəfindən el şənlikləri və müxtəlif tədbirlərdə erməni işğalı lənətlənməkdə, Mübariz İbrahimov və digər Milli Qəhrəmanlarımızın göstərdiyi igidliklər vəsf edilməkdədir. Xüsusilə də Ələkbər Yasamallı, Rəşad Dağlı, Orxan Lökbatanlı, Vüqar Biləcərli kimi ustad meyxanaçılar bu məsələyə xüsusi diqqət yetirməkdədir.

Bəs meyxanamızda Qarabağ dərdinə olan bu yanaşmanın ənənə halını alması, gənc meyxanaçıların da bu mühüm məqama diqqət yetirməsi meyxananı Qarabağ həqiqətlərinin təbliği vasitəsinə çevirə bilərmi? Ümumiyyətlə, meyxananın, söz sənətinin gücündən təbliğati yöndə istifadəyə daha çox diqqət yetirilməlidirmi?

Meyxana ustadı Ələkbər Yasamallı Qarabağ probleminin ümumxalq dərdi olduğunu, hər bir azərbaycanlının bu məsələyə həssaslıqla yanaşması gərəkdiyini vurğuladı:

"Meyxana hər zaman xalq tərəfindən sevilib. Məsələ bundadır ki, xalqın dərdlərinin, bu dərdlərdən ən böyüyü olan Qarabağ probleminin hansısa müğənni, yaxud şair tərəfindən dilə gətirilməsi üçün müəyyən bir zaman lazımdır. Lakin meyxana sənəti bədahən olduğu üçün, biz bu məsələyə daha çevik şəkildə yanaşa bilirik. Mənə dəfələrlə sual veriblər ki, qarabağlısınız? Bu, ümumilikdə mənim xoşuma gəlməyən sualdır. Çünki biz hamımız azərbaycanlıyıq. Ancaq bununla belə həmin suala cavab olaraq bildirirəm ki, əslən bakılıyam, amma Qarabağ hər bri azərbaycanlı kimi mənim də yaralı yerimdir. Qarabağ alınana qədər qarabağlıyam. Sadəcə qarabağlı deyiləm, həm də Dərbəndliyəm, Təbrizliyəm. Bunların hamısı bizim yaralı yerlərimizdir.

Mübariz İbrahimov bizim dövrümüzdə yaşamış qəhrəmanların öndə gedənlərindən biridir. Biz xalqımızın tarixi qəhrəmanları olan Babəki, Koroğlunu, Qaçaq Nəbini də təbliğ edirik. Lakin biz onları görməmişik, sadəcə zamanında etdikləri qəhrəmanlıqları eşitmişik və bunu təbliğ edərək gələcək nəsillərə çatdırırıq. M.İbrahimov isə bizim dövrümüzdə yaşayıb. Buna görə də onun qəhrəmanlıqlarını təbliğ etmək bizim üçün ikiqat mənəvi borcdur. Meyxanaçı kimi əlimizdən bu gəlir və bunu da sevə-sevə edirik.

Sevindiricidir ki, gənc meyxanaçılar da bu məsələni diqqətdə saxlayır, zaman-zaman qəhrəmanlarımız haqqında da fikirlər bildirirlər. Arzu edirəm ki, onlar bu məsələyə daha çox diqqət ayırsınlar. Çünki bu, bizim yaralı yerimizdir. Ağrılı bir faktdır ki, bizim doğma torpaqlarımız dığalar tərəfindən işğal edilib. Və nə qədər ki, işğal faktı ortadan qalxmayıb, nə qədər ki, torpaqlarımız düşmən işğalı altındadır, peşəsindən, sənətindən asılı olmayaraq, hər kəs öz sahəsində buna qarşı mübarizə aparmalı, xalqımızın, dövlətimizin erməni işğalına qarşı apardığı mübarizəyə öz töhfəsini verməlidir". (moderator.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1111   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 456
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 324
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

11:00 559
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 65
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 278
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 694
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 460
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 324
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 676