Azərbaycanda ŞOK hadisə: Qızıl dükanında oğlanla tanış olan qızın başına oyun açdılar+VİDEO

Azərbaycanda ŞOK hadisə: Qızıl dükanında oğlanla tanış olan qızın başına oyun açdılar+VİDEO
Azərbaycanda kişi ilə tanış olan qadının başına oyun gəlib.

Masallı rayon sakini Bənövşə Əliyeva işlədiyi qızıl mağazasında Cəlilabad rayon sakini Elçin Fətəliyevlə tanış olub. 2009-cu ildə bu tanışlıqdan sonra ailə həyatı qurublar. Bənövşə Əliyeva bildirib ki, ailə həyatı qurduqdan sonra əri ondan tez-tez pul tələb etməyə başlayıb.

"Evlilikdən 3 ay sonra Elçin mənə dedi ki, təcili 30 min manat pul lazımdır. Dedim ki, biz təzə evlənmişik. Mən sənə o pulu necə verim? Ailəm dağılmasın deyə o pulu Elçinə verdim. Amma bu sonuncu olmadı. Bundan sonra tez-tez məndən pul almağa başladı."

Bənövşə Əliyeva bildirib ki, bir gün işdən evə gələrkən naməlum şəxsin hücumuna məruz qalıb. Onun əlində qızıl sumkasını oğurlamaq istəyən maskalı şəxsin əri Elçin tərəfindən təşkil edildiyini iddia edib.
mənbə: oxu24.com


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1391 Tarix: 19.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər