Azərbaycanda kişi sevgilisini diri-diri yandırdı – TƏFƏRRÜAT

Azərbaycanda kişi sevgilisini diri-diri yandırdı – TƏFƏRRÜATTovuzda sevgilsini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Əflatun Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BiG.AZ "teleqraf.com"a istinadən xəbər verir ki, Əflatun Ələkbərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq Tovuz rayon prokurorluğunda tamamlanıb və baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 1-nə təyin olunub.

İttihama görə, bu ilin yanvarın 15-də Tovuz rayonunda Əflatun Ələkbərov qeyri-rəsmi münasibətdə olduğu və yaşadığı 1991-ci il təvəllüdlü Nüşabə Bayramovanın üstünə benzin tökərək onu yandırıb.

Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaqın gəldiyi nəticəyə görə, hadisə şəxsi mübahisə zəminində baş verib.

Belə ki, qadın kafelərin birində işə düzəlib. Əflatun Ələkbərov isə onun kafedə işləməsinə etiraz edib.

Lakin qadın Əflatun Ələkbərovun sözünə əhəmiyyət verməyib.

Buna görə də onların arasında mübahisə yaranıb və mübahisə sonda dəhşətli olayla nəticələnib.

İstintaq orqanı tərəfindən Əflatun Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2-4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 914   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27.03.2024 339
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

17:27 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27.03.2024 398
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

"Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq"

"Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 389

10:46 0