Süleymanovlarla Musayevlərin qan davası ilə bağlı ŞOK FAKTLAR

Süleymanovlarla Musayevlərin qan davası ilə bağlı ŞOK FAKTLARAtasının və əmisinin öldürülməsinin qisasını alan Elnur Süleymanovun cinayət görüntüsü yayıldı; kənd sakini: "Hər kəsə bəlli idi ki, bu qətl törədiləcək və kimlərsə yenə öləcək..."

İyunun 17-də Ağstafada 12 əvvəl başlayan qan davası daha 4 nəfərin qətlinə, 3 nəfərin isə yaralanmasına səbəb oldu. Hadisə ilə bağlı bəzi insanlar mövqe bildirərək 21-ci əsrdə bu cür qan davasının davam etdirilməsini pisləyiblər.

Rayonun Sadıxlı kəndində iki ailə - Süleymanovlar və Musayevlər arasında torpaq üstündə başlayan münaqişə 2007-2008-ci illərdə Süleymanovlardan 2, Musayevlərdən isə 1 nəfərin ölümü ilə nəticələnib. Bu davanın davamı olaraq iyunun 17-də törədilən dəhşətli qətldə isə Süleymanovlar ailəsinin üzvü Elnur Süleymanov Novruz və Şəmiddin Musayevləri və onların anaları Şərqiyyə Musayevanı qətlə yetirib.

Qətliam qonşu Böyük Kəsik kəndinin kənd təsərrüfatı məhsullarının satışı bazarında baş verib. 1994-cü il təvəllüdlü Elnur Süleymanovun açdığı atəş nəticəsində ərazidən təsadüfi keçən Ağgöl kənd sakini Zeynəb Cəlilova da qətlə yetirilib. Həmçinin yaxınlıqda olan 3 nəfər güllə yarası alıb. Hadisənin baş verdiyi anın videosu da yayılıb.

Videodan görünür ki, Elnur Süleymanov VAZ 2121 "Niva" markalı avtomobilinin yük yerindən avtomatı götürür və qarşısında dayanan ikisi kişi, biri qadın olmaqla 3 nəfərə aramsız atəş açır. Onun atəş açdıqları şəxslər hadisə yerindən qaçırlar. Elnur Süleymanov isə atəş aça-aça onların dalınca gedir. Videodan görünür ki, Elnur Süleymanov konkret nişan alaraq atəş açmır.

Hadisədən dərhal sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda bildirildi ki, faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hadisəni törədən Elnur Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib. Ağır cinayəti törətməkdə şübhəli bilinən Elnur Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bəs güllə yarası alanların vəziyyəti necədir?

Məsələ ilə bağlı məlumat əldə etmək üçün Astafa rayon xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan "Yeni Müsavat"a bildirildi ki, yaralanan Lilpar Əhmədova Baba qızının vəziyyəti ağırdır. O, Gəncə şəhər xəstəxanasına köçürülüb. Digər iki xəstə – İbrahim Abdullayev sağ baldır nahiyəsindən, Nüsrət İsayev isə sol baldır nahiyəsindən güllə yarası alıblar. Hər ikisi müalicəsini davam etdirir.

"Yeni Müsavat" hadisə ilə bağlı bəzi yeni təfərrüatlar əldə edib. Belə ki, qəzetimizə danışan bir kənd sakininin dediyinə görə, əslində bu hadisənin baş verəcəyi əvvəlcədən hər kəsə məlum idi: "İlk dəfə Süleymanovların ailə üzvü öldürülən zaman indi hadisəni törədən Elnurun 13 yaşı olub. Hər kəsə bəlli idi ki, Elnur böyüdükdən sonra bu qətli törədəcək və qarşı tərəfdən kimlərsə öləcək. Çünki deyirdilər ki, bu adamlar sənin atanı, əmini öldürüb. Görünür, uşağın özünün də daxilində bu cür hisslər olub. Ətrafdan kiminsə nə isə deməsi ikinci məsələdir.

Onu da deyim ki, hər iki ailə maddi baxımdan kifayət qədər imkanlıdır. Həm Süleymanovların, həm də Musayevlərin böyük heyvandarlıq təsərrüfatları var. Ağstafada və bu bölgədə belə bir qan davasını sürdürən ikinci bir ailə, nəsil görməmişik. Yəni demək olmaz ki, elə bu cür adət hələ də yaşadılır. Sadəcə olaraq, yuxarıda da qeyd etdiyim kimi, onlar Elnurun ata və əmisini öldürmüşdülər. Öldürənlər həbsdən çıxdıqdan sonra hər kəs gözləyirdi ki, bir gün qətl olacaq. Ancaq bu cür olacağını da düşünmürdük".

Sakin bildirib ki, iki nəsil arasında qan davasının bundan sonra da davam etməsi istisna edilmir: "Hələ hər iki tərəfdə yenə də bunu davam etdirə bilən şəxslər var. Ola bilər ki, bundan sonra da qan davası davam etsin".

Əldə etdiyimiz məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları ərazidə gücləndirilmiş iş rejimində çalışırlar. Hər iki ailənin üzvləri nəzarətdə saxlanılır.

Məsələnin psixoloji tərəflərinə gəldikdə isə "Yeni Müsavat"a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, cəmiyyətdə bir qrup adamlar var ki, onlar sanki digərləri üçün yaşayırlar:

"Həyatlarını onlara görə qurub, müəyyən devizlər, missiyalar yaradırlar. Bu devizləri də onlara görə yaşadırlar. Qan davası bəlkə də bu gün bizim üçün önəmsiz ola bilər. Ancaq bu kimi insanlar üçün çox önəmlidir. Məsələ qan davası deyil. Burada qürur, inad, təhqir olunmaq daha qabarıqdır. Şərəf və ləyaqətləri sanki təhqir olunduğu üçün bu kimi insanlar qan davasını sürdürürlər. Burada konkret psixoloji məqamlar da var. Ən başlıcası isə odur ki, bu cür insanların beyninə uşaqlıqdan bu davanı sürdürməli olduğu yeridilib. Qan davası illərlə nəsildən-nəslə ötürülür. Uşaqlıqdan bunun təməli qoyulur və uşaq böyüdüyü zaman bu davanı davam etdirir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6217   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

16:16 0
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

20:29 0
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

21:15 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

21:00 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

22:15 0
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

22:12 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

21:45 0