Bakıda azyaşlı oğlanı zorlayan şəxsi 15 il həbs cəzası gözləyir

Bakıda azyaşlı oğlanı zorlayan şəxsi 15 il həbs cəzası gözləyir

Azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Muradov Zamin Əmirzadə oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Big.Az. ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materiaaları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. Məhkəmə hazırlıq iclası iyun ayının 28-nə təyin olunub.

Məlumata görə Muradov Zamin Əmirzadə oğlu barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü yəni, seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb.

İş üzrə azyaşlı oğlan zərərçəkmiş şəxs qismində tanınıb.

Günahı sübuta yetirilərsə Zamin Muradovu səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 499 Tarix: 19.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər